Hansı bitkilər və qidalar cinsi həyata nə dərəcədə təsir edir? Türkiyəli məşhur psixoterapevt Cem Keçe uzun illərdir afrodizyak qidalar və bitkilərlə bağlı apardığı araşdırmaları sona çatdırıb.
Şokolad: Şokoladın əsas maddəsi olan kakao antioksidant qaynağıdır. Bununla yanaşı, tərkibindəki feniletlamin maddəsi sayəsində cinsəllikdə alınan həzzi yüksəldir.
Badam: Sink baxımından çox zəngin olan badam testosteron səviyyəsinin yüksəlməsi və cinsəllik keyfiyyətinin artırılmasına kömək edir.
Zəfəran: Antik dövrlərdən bəri afrodizyak təsiri məlum olan zəfəran cinsi performansı artıran və həzmi asanlaşdıran ədviyyat kimi tanınır.
Şaftalı: Araşdırmalar göstərir ki, C vitamini deposu olan şaftalı xüsusən də qadınlarda cinsi istəyi artıran bir meyvədir. Digər bir xüsusiyyəti isə qan axımını sürətləndirməsidir.
Qarpız: Tərkibində bir çox amino-asit olan sitrullin sayəsində qan damarlarının genişlənməsini təmin edən qarpız qan dövranının sürətlənməsinə kömək edir.
Böyürtkən: Bu bitkinin suyu libido artıran maddələrlə zəngindir. Bədəndə yağ yandırılmasına kömək edir.
Yumurta: Protein və B vitamini deposu olan yumurta həm libidonu yüksəldir, həm də bədənin ehtiyacı olan enerjini artırır.
Qırmızı acı bibər: Tərkibindəki kapsaisin adlı maddə sayəsində ürək döyüntüsünü artırır, bədəndə endorfin ifrazını yüksəldir.
Avokado: Əsas maddəsi B vitamini olan avokado kişilərin hormonal aktivlik səviyyəsini yüksəldərək enerji və dayanıqlığını artırır.
Brokoli: C vitamini baxımından çox zəngin olan brokoli xüsusən də qadınlarda libidonu artıran tərəvəz kimi tanınır.
Zəncəfil: Bədəndə dövran sisteminə olduqca faydası olan zəncəfil bu xüsusiyyəti sayəsində cinsi həyata olduqca müsbət təsir edir.
Yulaf: Tərkibindəki L-arginin adlı maddə sayəsində xüsusən fiziki iqtidarsızlığın müalicəsinə kömək edir, qadınlarda klitorisə qan toplanmasını sürətləndirir.
İstiridye balığı: Min illərdir afrodizyak dedikdə ilk ağıla gələn istiridye balığı tərkibindəki dopamin adlı maddə və sink sayəsində qadın və kişilərdə cinsi istəyi artırır.