Elə əşyalar var ki, mütəmadi olaraq onlardan istifadə edirik. Lakin istifadə müddətlərini nəzərə almırıq. Halbuki əşyaşların da ömrü var. Lunar.az son istifadə tarixini bilmədiyiniz əşyalarla sizi tanış edir. Əgər hələ də onları istifadə edirsinizsə, ya tullayın, ya da yenisi ilə əvəz edin.
Fırça daraq
Fırça daraqlarınızı həftədə bir dəfə təmizləyin, ildə bir dəfə isə dəyişdirin.
"Traynik"
1-2 il istifadə müddəti var. Xüsusən də çoxgözlü "trayniklərin" də gücünün bitdiyi vaxt var. Əgər həmin müddəti keçsəniz, problemlər yarana bilər.
Duş sürtgəci
Hamamda çimən zaman istifadə etdiyiniz, duş sürtgəci 6 aydan sonra dəyişdirilməlidir. Lakin onların ömrünü uzatmaq istəyirsinizsə, mütəmadi olaraq qaynadın. Bakteriyaları bu formada öldürə bilərsiniz.
Ətir
Təbii yağ tərkibli ətirlər qapalı formada mühafizə edildikdə 3 il, açıq saxlandıqda 2 ilə qədər qala bilər.
Dəsmallar
1-3 il arası müddətdə yeniləmək lazımdır. Bakteriya yığmaq qabiliyyəti çox olan nəm dəsmalları yumaq lazımdır.
Yastıq
2-3 ildən sonra yastıqlar dəyişdirilməlidir. Yastıqlar evdəki tozu özünə hopdurur. Müəyyən müddətdən sonra formaları dəyişdiyi üçün boynu da ağrıda bilər.
Diş fırçası
3 aya qədər istifadə müddəti var. Diş fırçalarını sadəcə köhnəldikdə deyil, qrip və soyuqdəymə problemi yaşadığınız vaxtdan sonra dəyişdirməlisiniz. Əks təqdirdə yenidən xəstələnə bilərsiniz.
Ev çəkməsi
6 ay istifadə müddəti var. Göbələk infeksiyasının yayılması üçün olduqca əıverişli olan ev çəkmələri mümkün olduqca tez-tez yuyulmalıdır.
Ədviyyatlar
1-3 il arası istifadə müddəti var. Ədviyyatlar vaxt keçdikcə dadını və qoxusunu itirir.
İdman ayaqqabıları
1 il istifadə müddəti var. 6 km-ə qədər qaçdıqdan sonra ayaqqabılar köhnəlməyə və xarab olmağa başlayır. Bu da ayaqlarınızın daha çox yorulmasına gətirib çıxarır.
Dezinfeksiyaedici məhsullar
3 aydan sonra təsirini itirir.
Un
İstifadə müddəti 6-12 aydır. Yüksək keyfiyyətli unun 1 il, adi unun 6 ay ömrü var.
Əmzik
2-5 həftə istifadə müddəti var. Asanlıqla mikroba yoluxur. Ona görə də ən azı 5 həftədən sonra dəyişin.
Həşərat qovan lasyon və spreylər
2 ilə qədər istifadə edilə bilər. Sonra təsiri olmur.
Yanığnsöndürən
Lazımlı qulluq və yoxlamalar edildikdə 15 il ömrü var.
(Aile.lent.az)