Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir? Bunu anlamaq üçün Lunar.az-ın təqdim etdiyi test köməyinizə çatacaq. Bu test üçün əllərinizi şəkildəki kimi birləşdirin.
Baş barmaq ana və atanı
İşarə barmağı bacı-qardaşları
Orta barmaq özümüzü
Dördüncü barmaq, yəni üzük barmağı həyat yoldaşımızı
Kiçik barmaq da uşaqlarımızı simvolizə edir.
Əllərimiz bu vəziyyətdə ola-ola barmaqlarımızı sırayla bir-birindən ayıraq. İki barmağı bir-birindən ayırarkən digər barmaqları bir-birindən ayırmayın.
Ayrılan barmaqları təkrar birləşdirib sonra növbəti barmaqları bir-birindən ayırın. Orta barmaq özümüzü təmsil etdiyi üçün onları ayırmırıq.
Dördüncü barmaqları ayırmaq istədiyiniz zaman bu barmaqların bir-birindən ayrılmadığını və ya çətin ayrıldığını görəcəksiniz.
Anamız, atamız. qardaşlarımız və uşaqlarımızla həyatımızın müəyyən bir dövründən sonra ayrılmağa məcbur qala bilərik amma həyatımızın gerçək eşqiylə ömürümüzün sonuna qədər birlikdə qalırıq.
Dördüncü barmaqların ayrılmaması bunu təmsil edir və bu səbəblə üzük barmağı məhz dördüncü barmaq olur.