Güclü xüsusiyyətləri: Azad, istiqanlı, qabiliyyətli, özgüvenə sahib.
Zəif xüsusiyyətləri: Səbrsiz, həssas, gözləniməz reaksiya, eqoist.
Uğurlu sevgi münasibəti: Öküz və İlan
Uğursuz : Dovşan
XARAKTERİ:
Xoruz, ev heyvanlarının lideri olduğu üçün, bu ildə doğulan insanlar çox qürurlu, özündən əmin və təkəbbürlüdürlər. Şüarları Sədaqətlikdir. Səmimidirlər. Hər zaman həqiqəti deyər və verdikləri sözləri tutarlar. Daim qarşılıqlı hörmət gözləyən bu ilin sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər.
Xoruz ilində doğulan insanların ən güclü xüsusiyyətləri müşahidə qabiliyyətidir. Bir işin hər detalını incələyərlər. Hətta onlar haqında, çiynində də gözləri var deyilir. Heç bir şey diqqətindən qaçmaz. Sosialdırlar və iddialı işləri bacarmaq qabiliyyətinə malikdirlər. Diqqət mərkəzində olmağı, təqdir edilməyi, təriflənməyi sevən bu ilin sahibləri zövqlüdürlər və yaxşı geyinməyi bacarırlar. Başqalarının görünüşünü davamlı tənqid etməyi sevərlər. Səyahətlərində yaxşı pul xərcləyərlər. Yeni tanışlıqlara daim meyillidirlər. Həddindən artıq göstərişli davranışları onları ehtiraslı olmağa doğru aparar. Cəsur insanlardılar və birinin köməyə ehtiyacı olduğunda dərhal ora qaçarlar.
Tövsiyə almaqda çətinlik çəkərlər. Müstəqil təbiəti, iş həyatında davamlı olaraq öz inkişafını təmin etməsini və öz mənfəətini qorumasını təmin edər. Öz fikirlərinə, tənqidlərinə və seçimlərinə güvənərlər. Bəzən inadçılığı tuta bilər. İş həyatında yorulmaz və haqqları üçün sonuna qədər mübarizə apararlar.
Xoruz ilində doğulan insanlar bəzən çox eqoist və öz fikirlərini qəbul etdirməyi sevsələr də, güvənilən və yaxşı vaxt keçirilən bir yoldaş olmağı da bacarırlar.
Xoruz çox romantikdir. Hədiyyələri sevərlər, bahalı brendləri isə xüsusi ilə. Daim əsl sevgini axtarar və sevdiyi insanlara sadiq olarlar..