Yemək bişirəndə odun üstündə unudulan tavanın hər yeri bürüyən yanıq qoxusu... Əvvəlcə yanan yeməyin dərdini çəkir, sonra da dibi yanmış tavanı necə təmizləyə bilərik deyə qara-qara düşünürük. Bəs dibi yanmış tava və qazanlar necə təmizlənir, yanıq qalıqları necə çıxır? Yanan tavanı yenidən par-par etmək olarmı?
lunar.az xəbər verir ki, bunun üçün 1 çay qaşığı karbonat və 1 fincan sirkəni yanmış qazanda qaynadın. Həm üstündəki qara ləkələr çıxacaq, həm də qazan və tavanız tərtəmiz olacaq.