Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Adlarınızın baş hərfi sizin haqqınızda nə deyir? - Çox təəccüblənəcəksiz

Adlarınızın baş hərfi sizin haqqınızda nə deyir? - Çox təəccüblənəcəksiz

Adlarınızın baş hərfi sizin haqqınızda nə deyir? - Çox təəccüblənəcəksiz




Sən demə insanın adının ilk hərfi onun sevgi həyatından danışırmış.
Bu qənaətə Amerikalı alimlər araşdırmalar nəticəsində gəliblər. Siz də adınızın baş hərfinin sizə sevgi həyatınız barədə nə dediyini bilmək istəyirsinizsə,bu araşdırmanın nəticəsini oxuyun!



A - Sevginizdə romantizm mütləqiyyət təşkil etmir. Hərəkət, macəra lazımdı sizə. Səbir etmək sizlik deyil. Amma sözü üzə deyənsiniz. Qarşı cinsin sizə səbr etməsi vacibdir.

B - Çox duyğulu və romantiksiniz. Şam işığında yemək, ay işığında gəzmək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almağa məcburdur, çünki siz bu cür sürprizləri çox sevirsiniz. İradəniz çox qüvvətlidir, sevginizi ifadə etmək qabiliyyətiniz də həmçinin.

C - Olduqca sosial bir insansınız. Sevgilinizin hər an yanınızda olmağıni istəyirsiniz. Hər şeydən qabaq özünüzü fikirləşirsiniz. Sizin üçün xasiyyət uyğunluğu çox vacibdir. Sədaqət isə sizin üçün hər şeydən üstündür. Uzun müddət davam edən sevgilərin adamısınız.

D - Siz hər şeyi böyük problemə çevirə bilmə qabiliyyətinə maliksiniz. Əgər birini çox bəyənirsinizsə, onu mütləq tanımalı və əldə etməlisiniz. Qeyri-mümkün olsa belə, sizi heç nə qərarınızdan döndərə bilməz. Kömək etməyi sevən bir insansınız. Sizin hamı tərəfindən sevilən xasiyyətiniz də elə budur. Sadiq, amma qısqancsınız.

E - Məhəbbəti və bəyənilməyi çox sevirsiniz. İş stresi və pul kimi problemlər sizi tez yorur. Amma heç nəyə baxmayaraq, sevgizis yaşaya bilmirsiniz. Sədaqət hissi sizin üçün də vacibdir. Hər zaman qayğıya ehtiyacınız var.


F - Siz qısaca ideal sevgili, ideal romantik insansınız. Sizin üçün sevgi ilahi bir hissdir. Kənardan başqalarının sözlərinə tez inanırsınız, bu da sizin sevginizi təhlükəyə atır.


G - Sizin üçün deyiləcək iki söz var -xırdaçı və çürükçü. Hər sözün ucundan tutub ucuzluğa gedirsiniz. Bu, bəzən sizin şəxsi həyatınıza pis təsir edir. Özünüzdən üstün insanları tanımağı sevirsiniz.


H - Həmişə bir axtarış içindəsiniz. Üstəlik nə axtardığınızı bilmirsiniz. Amma siz sevdiyiniz, dəyər verdiyiniz insan üçün hər şey etməyə hazırsınız. Ancaq bunu edərkən bəzən əvəzini, qarşılığıni gözləyirsiniz.


İ - Sevilmək üçün yaradılmış bir insansınız. Amma hər şeyi qarşı tərəfdən gözləyirsiniz. Tez- tez küsməyinizin səbəbi budur. Sizin üçün əsas olan inamdır.


J - Sizin üçün sevgi elə bil qarşı cinsi duelə dəvət etmək kimi bir şeydir. Bir az romantiksiniz, amma sizin üçün ən əsası ideal sevgi və sevgilidir. İşiniz çox çətindir.


K - Çox ciddi görünüşlü bir insansınız. İnsanlar sizin bu görünüşünüzdən bir az şəkinir. Aldatmaq və aldanmağa nifrət edirsiniz.


L - Sevgi sizin üçün daha çox istək deməkdir. Sevilməkdən çox sevməyə üstünlük verirsiniz. Birinə bağlanmaq sizin üçün çox dəyərlidir. Sevgi mövzusunda hər cəhətdən bacarıqlısınız.


M - Çox emosionalsınız. Siz sevdikdə bütün varlığınızla sevirsiniz. Sevdiyiniz insanın üstündə uşaq kimi əsir və qoruyursunuz. Amma onun bundan bezə biləcəyini fikirləşmirsiniz.


N - Sizi yaxından tanıyanların heç vaxt inanmadığı iki üzünüz var - saf və utancaq. Bu sadəcə xarici görünüşünüzdür. Aldadılmağa dözə bilmirsiniz. Çox seçən, vasvasısınız, mükəmməllik axtarırsınız. Elə buna görə də standartlarınıza uyğun birini tapmağınız çox çətindir.


O - Bir az çəkingənsiniz. Pul və güc sizin üçün çıxış yoludur. Bir az da hisslərinizlə hərəkət edin.


P - Sizin üçün həyatın mənası sosial statusdur, yəni cəmiyyətdəki yeriniz. Sizin uzunmüddətli bir sevgi yaşamağınız mümkün deyil. Həm ağıllı, həm də ideal birisi olmalıdır. Belə olmadığı halda sizin statusunuza zərər gələ bilər.


R - Sevginizin uzun müddət davam etməsi üçün qarşı cins sizin daxili aləminizin surəti olmalıdır. Çünki sizin ancaq özünüz kimi birinə ehtiyacınız var. Daha çox ağıllı olmalıdır, bu sizin üçün xarici görünüşdən daha vacibdir.


S - Ən böyük zövqünüz danışmaqdır. Qarşınızdakı insan qulaq asmağı sevmirsə vay halınıza. Həyatda hər şey sizin üçün yerli-yerində və planlı olmalıdır. Uyğunsuzluq və qarışıqlığa nifrət edirsiniz. Siz hər şeyi özünüz idarə etmək istəyirsiniz. Tez-tez sevgili dəyişdirsəniz də, bir insanı səmimi qəlbdən sevdikdə tam başqa bir insan olursunuz.


T - Həqiqətən sevirsinizsə, romantiksiniz və tez inciyənsiniz. Qarşınızdakı insanın ən kiçik bir səhvi sizin özünüzə dönməyinizə səbəb olur. Özünüzə döndüyünüzdə isə çox sərt bir insan olursunuz.


U - Tam bir paradoks. Aşiq olduğunuzda son dərəcə gerçəkçi, aşiq olmadığınızda isə məhəbbətə aşiq bir insansınız. Hər zaman dəyər verə biləcəyiniz bir insan axtarırsınız. Siz sevmək üçün yaradılmısınız.


V - Hər zaman azadlıq və həyəcan axtarırsınız. Tam bir qapalı qutu və sirli insanlar sizi çox cəlb edir. Belə bir insan tapıb, onu kəşf etmək ən böyük xəyallarınızdandır.


Y - Heç kəsdən asılı qalmağı sevmirsiniz. Hər zaman özünüzü isbat etmək məcburiyyəti hiss edirsiniz, ən çox da sevgilinizə qarşı. Olduqca aşıq sözlü insansınız.


Z - Sevginin sadəcə əzab çəkmək olduğunu artıq bilirsiniz. Səmimi, həssas, emosional və xəyalpərəstsiniz. Köməyə möhtac insanlar üçün ən ideal insansınız.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ