Tayvandakı McDonald's şöbəsində çalışan Wei Han Bu sosial şəbəkələrdə fenomen olub.
lunar.az xarici mətbuata istinadən xəbər verir ki, hər kəs onu görmək üçün bu restorana gəlir.
Sırf onu görə bilmək üçün işlədiyi restorana gələnlər Weiyə "McDonald's kraliçası" adlandırıb.
Tayvan mətbuatında çıxan xəbərlərdə Weinin müdirinin isə gənc qızla danışmaq ya da fotoşəkil çəkmək üçün kassaların qarşısında yığılan insanlardan narahat olduğu bildirilib.
Sosial şəbəkədə izləyici sayı sürətlə artan Wei məşhur olduqdan sonra Tayvan televiziyalarında yayımlanan proqramlara da qatılıb.
Məlumata görə, Wei tələbədir, o modeldir, eyni zamanda burada yarım gün işləyir.