Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Təbəssüm et...

Təbəssüm et...

Təbəssüm et...



Təbəssüm et.. Çünki, hüznlü olmağı sınadın, lakin sənə heç bir yararı toxunmadı. Övladın imtahandan kəsildi deyə üzüldün.. Yaxşı, bəs sən, üzüldüyün üçün uğur əldə etdinmi? Valideynin vəfat etdi deyə çox üzüldü.. Sən üzüldün deyə, həyata geri qayıdan oldumu? Ticarətdə zərər etdin deyə üzüldün.. Zərərin, qazanca çevrildimi?
O halda üzülmə.. Bu dünyanın, bu cür olduğunu artıq anla. Çünki, sən bir müsibətə üzüldün, bir çox müsibət ortaya çıxdı.. Kasıblığa üzüldün, sıxıntıların artdı.. Düşmənin sözlərinə üzüldün, beləcə onlara yardım etmiş oldun.. Pis bir şey olacaq deyə üzüldün, amma heç bir şey də olmadı..
Üzülmə.. Çünki, sən üzüntülü olsan; nə geniş bir evin, nə gözəl bir həyat yoldaşının, nə zənginliyin, nə də tər-təmiz övladların sənə heç bir xeyiri toxunmaz..
Üzülmə .. Çünki hüzn sənə; dadlı suyu zəhər, gülü palçıq, bağ-bağçanı quraqlıq bir çöl və həyatı – dözülməz bir zindan olaraq göstərəcək..
Üzülmə .. Sənin iki gözün, iki qulağın, iki dodağın, iki əlin, iki ayağın, dilin, qəlbin, əmin-amanlığın və sağlamlığın var.. Bu sadalananlardan hər hansı biri yoxdursa, yenə də üzülmə.. Çünki, şükr ediləcək çox nemət içərisindəsən. Diqqətlə düşün..
“Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” (Rəhman, 13)
Üzülmə .. Allah’ın, inandığın bir dinin, yaşadığın evin, yediyin çörəyin, içdiyin suyun, paltarın və sığındığın həyat yoldaşın var.. O halda nə üçün üzülürsən? Bu dünyadan çox şey gözləmə, gözlədiyin şeylərin ən gözəli – əbədi həyat olan Cənnət’dədir. Buna görə də üzüntünü deyil, təbəssüm’ü seç...








MeLeK от 15 avqust 2016 01:14
Tesekkurler..xeber cox gozeldir....
--------------------
Bakinec_ от 15 avqust 2016 11:00
Bu dünyadan çox şey gözləmə, gözlədiyin şeylərin ən gözəli – əbədi həyat olan Cənnət’dədir

Cox gozel sozlerdi beyendim elleriniza saxliq.
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ