Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Heyatimizin  " kas ki" leri

Heyatimizin " kas ki" leri

Heyatimizin  " kas ki" leri




Kaş ki, etdiyimiz bütün səhvləri bir üzrlə düzəldə bilərdik. Necə də gözəl olardı.

Kaş ki, zamanı geri qaytarmaq olardı. Bəlkə də onda deyib də sonradan peşman olacağımız sözləri deməzdik. Bir daha dərindən fikirləşərdik.

Kaş ki, dərindən çəkdiyimiz bir ah ilə bütün problemlərimiz həll olardı

Kaş ki, dostlarımız əbədi olardı, onları heç vaxt itirməzdik.

Kaş ki, bütün insanlara doğmalarımız kimi yanaşardıq, hamını özümüzə əziz bilərdik.

Kaş ki, gözlərimiz hər zaman güləydi və yalnız sevincdən kövrələrdi.

Kaş ki, hər birimizin yanında göz yaşlarımızı silən dostumuz olardı.

Kaş ki, başqalarına verdiyimiz məsləhətləri əvvəlcə özümüz yerinə yetirərdik. Bəlkə də onda boş- boş məsləhət verməkdən çəkinərdik.

Kaş ki, uşaqkən inandığımız nağıllar böyüdükcə reallaşardı. Bəlkə də onda uşaqlıq illərimizi yalanlar içərisində keçirməzdik.

Kaş ki, insanlara sağlığında qiymət verə bilərdik. Bəlkə də onda sonradan onların məzar daşlarını qucaqlayıbda ağlamazdıq.

Kaş ki, qanadı qırıq sərçəyə yara bandı olardıq. Kim bilir bəlkə də onda onu yuvada gözləyən balalarına qovuşdura bilərdik.

Kaş ki, əsəbi vaxtımızda telfonumuza gələn zəngi açmazdq. Bəlkə də onda heç kəsi acılamaq məcburiyyətində qalmazdıq.

Kaş ki, satışda düşüncə kartları olardı. Bəlkə də onda düşüncəsiz insanlar bundan yararlanardı.

Kaş ki, yalnız gülmək istədiyimizdə gülərdik. Bəlkə də onda bu suni təbəssümlərdən əl çəkərdik.

Kaş ki, zamanında lazım olan bir addımı atardıq. Bəlkə də onda sonradn yüz addım atmaq məcburiyyətində qalmazdıq.

Kaş ki, içimizdə olan qürür körpüsünü bir anlıq aşa bilərdik. Bəlkə də onda ömrümüz boyu çüruk hislərlə yaşamaq məcburiyyətində qalmazdıq.

Kaş ki, güvəndiyimiz dağlar heç olmazdı. Bəlkə də onda ora qarın yağdığına görə gileylənməzdik.

Kaş ki, ən yaxın dostlar arsında "wi-fi" olardı. Məncə onlar heç vaxt ayrılmazdı.

Kaş ki, yazdığım bu “ kaş ki ” lər real olardı. Şübhəsiz onda həyat çox gözəl olardı.










Inara от 19 iyul 2016 11:53
gozeldi cox sagol
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ