Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Eyni Yerdə İlin 160 Günü Çaxan İnanılmaz İldırım

Eyni Yerdə İlin 160 Günü Çaxan İnanılmaz İldırım

Eyni Yerdə İlin 160 Günü Çaxan İnanılmaz İldırım


Nağıllarda təsvir edilən bir hadisə kimi səslənsə də, əslində real dünyada baş verir. Bizim atmosferimizdə baş verən bu hadisə Katatumbo çayının mənsəbində - çayın Marakaibo gölünə axan ərazisində baş verir.

Əsrlər boyu davam edən ildırım



Kütləvi fırtına buludları 5 km hündürlükdə ildırım üçün əlverişli şərait yaradır. İl ərzində 140-160 gün ərzində belə bir təbiət hadisəsi müşahidə edilir. Əgər sizin ildırım və ya şimşək fobiyanız varsa, yaxşısı budur Katatumbo çayı tərəflərə səyahətə çıxmaq fikrinə düşməyəsiniz. Sizin ildırımlarla qarşılaşmaq ehtimalınız çox yüksəkdir. Qeyd edək ki, ildırımsaatda 280 dəfəyə qədər ola bilir.

Fırtına artıq əsrlərdir ki davam edir. İlk dəfə bu haqda qeydə Lope de Veganın 1597-ci ildə yazdığı "La drogentea" şeirində rast gəlirik. Fırtınanın ərazinin tarixinə və ümumi inkişafına da təsiri varş Marakaibo gölünün yerləşdiyi ştatın himnində fırtınalar haqqında da sözlər var.



İldırımların belə tez-tez baş verməsiylə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Çünki dünyanın başqa heç bir nöqtəsində belə tezlikdə baş verən fırtına müşahidə edilmir. Həmçinin də bu ildırımın enerji paylaşımı da digərlərindən çox fərqlənir.

Mütəmadi şəkildə fasiləsiz çaxan ildırımlar qorxulu olduğu qədər də, heyrətamiz görünür. Bu ərazidə baş verən təbiət hadisəsini tədqid edən Andre Zavrotskiy belə bir nəticəyə gəlib ki, Katatumbo çayının mənsəbində baş verən hadisənin səbəbi soyuq və isti hava kütlələrinin burada qarşılaşmasının nəticəsidir.








SENINEM от 16 iyul 2016 09:36
ama gozel goruntudu beyendim coxx sagol canim maraqlidi wink
--------------------
yoxduu
Prinsesa от 16 iyul 2016 20:30
Ay nə maraqlıdı )çox sağol )
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ