1. Sidney Opera Evi
Müasir memarlığın ən mükəmməl örnəklərindən biri sayılan Opera Evi Avstraliyanın simvoluna çevrilib.
2. Sidney Harbour Körpüsü
Avstraliyanın ən böyük körpüsü eyni zamanda dünyanın da ən böyük polad körpülərindən biridir. Körpünün qüllələrində muzey və müşahidə nöqtəsi yerləşir. Körpünün ən yüksək nöqtəsindən Sidneyə möhtəşəm görüntü açılır.
3. Kenquruların Vətəni
Avstraliyanın 1/3 hissəsi milli parklardan ibarətdir. Həmin parklar heyvanlar aləminin ən rəngli heyvanlarına ev sahibliyi edir. Kenquru, koala, kiçik pinqvinlər, kərtənkələ Avstraliya düzənliklərində tez-tez qarşılaşa biləcəyiniz heyvanlardır. Okean sahillərində isə delfinlərlə qarşılaşmaq mümkündür.
4. Uluru
Buna inanmaq çətin olsa da alimlər Ulurunun 680 milyon yaşının olduğunu təxmin edir. Avstraliyanın mərkəzində yerləşən narıncı-qəhvəyi sıldırımların uzunluğunu 3.2 kilometr, eni 3.2 kilometr, hündürlüyü isə 348 metrdir.
5. Hillier və McKenzie: sehrli göllər
McKenzie(solda) dünyanın ən təmiz gölü hesab olunur. Digər məşhur göl isə Hillier çəhrayı rəngi ilə tanınır. Ötən əsrin əvvəllərində Hillier duz mənbəyi olaraq istifadə edilib.
6. Cənubi Avstraliyanın gözəlliyi
Bu bölgənin ən böyük şəhəri Adelaidedır. Cənubi Avstraliya üzümlükləri və rəngli mənzərələri ilə məşhurdur. Burada günəşli sahillər, dəniz məhsulları və Chardonay, Cabernet və Pinot Noir kimi möhtəşəm şərabları var.
7. Yerli insanlar
Avstraliyalı aborigenləri dünyanın davam edən ən qədim mədəniyyətlərindən biridir. Bu ölkədə 250 dil qrupu və 700 dialekt var.
8. Sidney Akvariumu
Bu akvariumu tam kəşf etmək üçün 3-4 saat vaxt lazımdır. Akvarium 27 böyük tank və 23 akvariumdan ibarətdir. Bu fantastik yerdə yüzlərlə balıq növü var.
9. Walpole-Nornalup milli parkı
Ağacların 40 metr hündürlüyündə gəzməyi düşünmüsünüz? Walpole-Nornalup milli parkında yüz ildən çox yaşı olan ağaclar var.
10. Bütün dünyadan fərqlənən heyvanlar aləmi
Avstraliya inanılmaz və misilsiz faunaya sahibdir. Onların arasında ən məşhuru koala və kenquru olsa da, bu qitədə təxminən 200 min heyvan növü yaşayır