"Kiralık aşk" serialının mövsüm finalı toy səhnəsi ilə yadda qalıb.
lunar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Elçin Sanqu və Barış Arduçun qəhrəmanlarının toyunda "Defne" iki dəfə gəlin libasında görünüb.
İlk gəlinlik iki hissədən ibarətdir - toxunma, qat-qat ətək, svarovski və opal işləməli sinə geyimi. Lakin ssenariyə görə 18 min lirəlik (təxminən 9 min manat) gəlinliyin üstünə limonad tökülür.
İkinci gəlinlik tamamilə serial üçün xüsusi olaraq 15 gündə hazırlanıb. Asan daşına bilən libasın qiymətinin 25-35 min lirə (təxminən 15 min manat) arasında olduğu deyilib.