Meymun ili sayılan 2016-cı il bəzi ekstrasenslərin, astroloqların proqnozlarında qeyd edildiyi kimi ağır keçir.
lunar.az xəbər verir ki, hələ ilin əvvəlində bəzi astroloqlar, ekstransenslər 2016-cı ilin bəzi fəlakətlərlə, bədbəxt hadisələrlə yadda qalacağını bildirirdilər. Bu günlərdə yəhudi əsilli fransız Nostradamusun dünyanın sonunun yaxınlaşması haqda proqnozlarının açıqlanması da diqqəti çəkir. Ekspertlər məşhur astroloq, kahin və münəccim Nostradamusun öncəgörmələrindən birini oxuyub. Suriyalı və iraqlı miqrantların Avropaya axını və Yaxın Şərqdəki mövcud vəziyyət haqda öncəgörmələri düz çıxmış astroloq hesab edir ki, bu il dünyanın sonu ola bilər. Belə ki, ilin sonunda qlobal tufan nəticəsində dünya su altında qala bilər. Bu, hələ harasıdır!
Bütün bölgələrində ümumi vəziyyətin gərginliyinin yüksələn xətlə inkişaf etdiyi Yer kürəsi iyunun 21-22-də də bir sıra qeyri-adi hadisələrlə üzləşəcək. Bəşəriyyət bu günlərdə onilliklərdir müşahidə edilməyən hadisənin şahidi olacaq. Belə ki, bu gün bədirlənmiş Ay və iyun gündönümü baş verəcək. Yer yay duruşu nöqtəsindən keçəcək. Ən qısa gecənin və ən uzun günün olduğu həmin vaxt Yerin təbii peyki sayılan Ay bədirlənəcək və müxtəlif mənzərələr ortaya çıxacaq.
Bütün bunlar bir yana, məhz bu gün Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınmasından əvvəl bədirlənmiş Ayın qeyri-adi görüntüsü müşahidə olunacaq.
Yerin təbii peykinin Yerə düşən işığının dəyişməsində də fərq yaranacaq. Bu işığın əvvəlki günlərlə müqayisədə Yerə çatmasında bir neçə faiz fərq yaranacaq. Başqa sözlə desək, Ayın Yerə yaxınlaşması ilə əlaqədar işıq artacaq. Onun Yerdən görünməsində fərqlər ortaya çıxacaq.
Ayın bədirlənməsində Yerdə bir sıra anomal hadisələr, o cümlədən qabarma qüvvələrində təsir əsaslı fərq ortaya çıxacaq. Astroloqların sözlərinə görə, artıq qabarmalar hiss olunur. Ayın yaratdığı qabarma qüvvəsinin Günəşin yaratdığı qabarmadan 2,5 dəfə çox olduğunu nəzərə alsaq, 21-22 iyun günlərini qeyri-adi vaxt hesab etmək olar.
Yeri gəlmişkən qeyd edək ki, Yer planeti ilə onu peyki arasında məsafə dəyişəcək. Bu isə qravitasiya qüvvəsinə təsir göstərəcək. Bu gün, habelə iyunun 22-də Yerlə onun təbii peyki arasında məsafə qısaldığından qravitasiya qüvvəsi güclənəcək.
Qəribədir ki, 21-22 iyun bürclər üçün də xüsusi gündür. Belə ki, astroloqlar demək olar bütün bürclərə həmin günlər maliyyə, işdə və evdə xoşagəlməz hadisələr vəd edirlər. Rusiyanın məşhur astroloqu Pavel Qloba 21-22 iyun günlərini təqvimin xoşagəlməz günlər adlandırır. Bu da qarşıdan gələn 2 günün adi təqvim günü olmayacağını sübut edir.
Astroloqların proqnozlarına əsasən, həmin gün maliyyə sıxıntısı yaranacaq. Məhz bu günlərdə həm ailədə, həm də evdə insanların münasibətlərində problemlər ortaya çıxacaq. Bir sözlə, 21-22 iyun – ilin ən qısa gecəsi və ən uzun günü adi təqvim günü kimi deyil, həm də qeyri-adi təbiət hadisəsi kimi tarixə düşəcək.