Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sizi Təəccübləndirəcək Gizli Detalları ilə 10 Məşhur Loqo

Sizi Təəccübləndirəcək Gizli Detalları ilə 10 Məşhur Loqo

Sizi Təəccübləndirəcək Gizli Detalları ilə 10 Məşhur Loqo


Şirkətlər korporativ stilin formalaşdırılması zamanı müxtəlif faktorlara üstünlük verirlər. Bəziləri minimalist və tez başa düşülən, digərləri isə mürəkkəb və mütləq bir gizli mesajı olan loqolarla ön plana çıxırlar. Dropbox, Microsoft və Google kimi şirkətlərlə işləyən Lo Min Ming isə düşünür ki, yaxşı loqo “yaddaqalan, fərqli və tez tanınan” olmalıdır. Bu gün biz sizə məhz məşhur və gizli mənası olan loqolardan bəhs edəcəyik. Beləliklə, başladıq!

FedEx



Dünyanın ən “sirli” loqolarından biri sayılır. Bu günə qədər 40-dan çox mükafat alan FedEx loqosunda incə bir detal var. E və X hərfləri arasında yaranan boşluq karqo şirkətinin hədəflərini təmsil edir. Solda sağa doğru istiqamətlənən ox işarəsi “sürət və dəqiqliyi” simvolizə edir.

Sony Vaio



Vaio ən yadda qalan loqolardan biridir. “V” və “A” hərfləri analoq siqnalını, “İ” və “O” isə rəqəmsal olanı göstərir. Bu hərflərin birləşməsi “Vaio” sözündən əlavə “texnologiyanın analoqdan rəqəmsala doğru təkamülünü” də təmsil edir.

Amazon




İnternet dövrünün ən məşhur markalarından biri olan Amazon loqosu ilə müştərilərə gülümsəyir. Ancaq bundan əlavə bir detal da var. Sarı xətt “A” və “Z” hərflərini işarələyərək “A-Z’yə qədər hər şey var” mesajını verir.

Toyota



Toyotanın qəliz görünsə də, əslində çox sadə loqosu var. Üç ovaldan ibarət loqoda gizlənmiş Toyota sözü var.

Toblerone



İsveçrənin bütün dünyada məşhur olan bu şokolad markasının loqosunda Matterhorn dağı və bu dağda ayı şəkli gizlənib. Diqqətlə baxsanız, ayını görə bilərsiniz.

Wikipedia




Qlobus formasında loqo fərqli dillərdən hərflərin puzzle formasında birləşməsindən ibarətdir. Bu Wikipedia’nın çoxdilli sayt olmasını göstərir. Boş puzzle yeri isə Wikipedia’nın tamamlanmış və böyüməyə davam edən layihə olduğunu simvilizə edir.

Continental




Continental sözündə ilk iki hərfinin iç-içə girməsi ilə istehsal etdikləri təkərləri loqoda göstərirlər.

Museum of London



İlk baxışdan çox sadə ve heç bir gizli detalı yoxmuş kimi görünən London Muzeyinin loqosunda fərqli formalarda rənglər tarix boyu dəyişilən Londonun ərazisini göstərir.

Cisco



Cicso iki rəngdən ibarət loqosunun yuxarı hissəsində olan göy siqnallar şirkətin texnologiya ilə məşğul olan şirkət olduğunu göstərir. Eyni zamanda həmin göy xəttlər Cisconun ilk qeydiyyatdan keçdiyi San Francisco şəhərindəki məhşur Golden Gate körpüsünü simvolizə edir.

Tour De France



Fransada keçirilən dünyanın ən məşhur velosiped yarışmasıdır. Loqodaki “r” hərfi velosiped sürən adam formasına hazırlanıb.








Sadiqov от 5 iyun 2016 22:23
He her bir wirketin olkenin o iwraesi olmalidi
--------------------
Princess от 6 iyun 2016 09:17
Toyotanin logosuna teeccublendim :)
asif.abasov от 6 iyun 2016 12:25
Alıntı: Princess
Toyotanin logosuna teeccublendim :)



neye gore teeccubelndizki?
BANDITKA от 6 iyun 2016 20:17
Tewekkurler xeebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ