Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ramazanda hansı qidalar narahatçılıq yaratmır - Bunlara diqqət!

Ramazanda hansı qidalar narahatçılıq yaratmır - Bunlara diqqət!

Ramazanda hansı qidalar narahatçılıq yaratmır - Bunlara diqqət!


Yaxınlaşan Ramazan ayında qidalanma vərdişlərinin dəyişilməsinə diqqət edən mütəxəssislər hesab edir ki, insanda kilo artmaması üçün bəzi tövsiyyələrə əməl edilməlidir.


Ramazan ayında birdənbirə fərqli qidalanma vaxtlarına keçid orqanizmdə problemlər yarada bilər. Sağlamlığı qoruyaraq, qidalarla orqanizmi yükləmək əvəzinə, vücudun dinlənməsinə şərait yaratmaq lazımdır. Oruc zamanı orqanizmin 17 saatlıq aclıqı iki yemək arası idarə etdiyinə görə, metabolizmanın sürəti azalır. Orqanizm ac vaxtı qandakı qlükozanı, sonra isə qaraciyərin ehtiyat qlükozasını enerjiyə çevirir. Bədəndəki funksiyonal qlükoza orqanizmi 8 saat idarə etdikdən sonra qan şəkəri düşür, diqqətsizlik, halsızlıq, başgicəllənmə, gərginlik kimi hallar yaşanır.

İftarda çox yemək kilo artırır

Qida qəbulunun iki dəfəyə düşməsi ilə bərabər, iftarda çox yemək yeyilməsi orqanizmdə sürətlə toplanır və çəki artımına səbəb olur. Orqanizmdə böyük fasilə ilə aclığın və birdənbirə ağır yeməklərin pis nəticə verməməsi üçün bunlara diqqət etmək məsləhətdir.

Səhər yeməyinə mütləq qalxın

Bəzən adamlar ərindiyindən səhər yeməyinə qalxmaq istəmir. Ancaq səhər yemiyinə mütləq qalxmaq məsləhətidir. Tək iftarda yemək çox ziyanlı təsir edə bilər. Səhər yeməyində gün boyu orqanizmi idarə edəcək qüvvə verən karbohitratlar seçilməlidir. Bu kompleks karbohidratlar buğda ya çovdar çörəyi olaması məsləhətdir. Yulaflı qidalarla zəngin menyu seçilməlidir.

Proteindən ibarət zəngin bir sahur gün ərzində enerji səviyyəsini qorumağa kömək edəcək.

Qaynanmış 1 yumurta,

Yarım yağlı pendir

Çovdar çörəyi

4-5 ədəd qaysı, xuram ya da ərik

1 ç.q bəhməz

1 bardaq süd ya qatıq ola bilər.

Menyu hazırlamaq üçün 1 bardaq süd, içərsinə 5 qaşıq yulaf və ya çovdar əzməsi qatmaq, 1 ç.q bal, 2 ədəd qoz, 4 qaysı lazımdır.

Şorbadan sonra 10 dəqiqə fasilə

İftar vaxtı orucu xurma ilə açdıqdan sonra 1 bardaq ilıq su içilməsi məsləhətdir. İftar yeməyinə 1 kasa ilıq şorba ilə başlayıb, sonra 10 dəqiqə fasilə verilir. Mədə bütün gün boyu ac qaldığı üçün həzmi də zəifləyəcək. Buna görə, ağır yeməklərlə birdənbirə yüklənilməsi məsləhət deyil. 10 dəqiqə fasilədən sonra yağsız salatlar yeyilə bilər.

İftardan sonra 20 dəqiqəlik gəzinti

İftardan sonra oturmaq vücuda rahatlıq gətirmir, yorur. Qəbizlik orucluqda ən çox yaşanan problemlərdən biridir. Bunu aradan qaldırmaq üçün yemək asta-asta yeyilməlidir. Mədə həzminə və metabolizmaya yardımçı olmaq üçün 20 dəqiqəlik gəzinti məsləhətlidir. Bu gəzinti həzmə və çəki almamağa kömək edəcək.

Şəkər xəstələri həkimlə məsləhətləşməlidir

Hamilə, süd verən analar, dərman qəbul edənlər mütləq həkim məsləhətinə diqqət etmələri məsləhətdir. Əsasən bu şəkər xəstələri daha çox diqqətli olmalıdır. Çünki qanda şəkərin enməsi koma vəziyyətinə qədər gətirib çıxara bilər.








Xanimcik от 5 iyun 2016 10:51
tewekurelr faydali xebere gore
LoVe Fire от 5 iyun 2016 22:34
Maraxli ve deyerli xebercun sagol ellerina saxliq canim.
--------------------
Princess от 6 iyun 2016 09:30
Melumat ucun tesekkurler ..
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ