Qara, ağ fərqi yoxdur, tut cana xeyirlidir. Ağ və qara olan tutun tərkibində vitamin və minerallarla yanaşı mikroböldürücü xüsusiyyətlər var. Bu yazını oxuyub, yediyiniz tutun insan orqanizminə hansı faydaları olduğunu öyrənincə, çox heyrətlənəcəksiniz.
Beləliklə, tutun faydaları:
- Vücda qüvvət verir;
- Ağız boğaz iltihabı diş əti xəstəlikləri zamanı öskürəyə qarşı təsirlidir;
- Hərarəti salır;
- Öd-qaraciyəri qüvvətləndirir;
- Mədə və bağırsaqların işini nizamlayır;
- Dəmir baxımından çox zəngin şişəridici, sidikqovucudur;
- Acqarnına yeyilən ağ tut bağırsaq qurdların salır;
- Mədə və bağırsaqları rahatlaşdırır;
- Qara tut ağız və boğaz iltihablarına yaxşı təsir göstərir. Rəngindən asılı olmayaraq qana xeyirlidir;
- Kökəldir və iştah açır;
Ağ tutun 15-20 qram yarpağı üç su stəkan su ilə qaynadılıb içilərsə, sidikqovucu təsir göstərər. Bu tərkib eyni zamanda qızdırmanı salır. Tutun təzə yarpaqlarıyla dəridəki yaralara və burundakı qanamalara tampon edilərsə, qanamaları dayandırar. Qara tutun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilsə, boğaz, ağız və diş əti iltihablarına qarşısını alar. Tut qurusunun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilərsə, boğaz, ağız və diş əti iltihablarının qarşısını alar.
Həmçinin tut yarpaqlarının, kökünün dəmləməsi şəkər xəsətliklərinə çox effektli təsir edir.