Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dahilərin qadınlarla bağlı aforizmləri

Dahilərin qadınlarla bağlı aforizmləri

Dahilərin qadınlarla bağlı aforizmləri


Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir: (F.Laroşfuko)


Əgər bir kişi 40 yaşinadək heç sevməyibsə o yaşdan sonra sevməməsi daha məsləhətdir: (Bernard Şou)

Hər şeydən əvvəl gözəl geyim,sonra da ona pərəstiş edən gözəl kişi-budur qadınların ənənəvi istəkləri: (K.Bovi)

Qadın gülməyi bacaran zaman gülür və istədiyi zaman ağlayır: (J.Baif)

Qadın elə bir mələkdir ki,biz uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə bizə təsəlli verir: (A.Aqustin)

Bir qadın, əgər bir kişi onun əlinə düşmədən əvvəl qucağına düşə bilsəydi daha cazibəli olardı: (Ambrose Bierce)


Tanrı, qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun: (Honore De Balzac)

Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq: (Jules Renard)

Gözəl bir qadın, görənləri mədəni formada dəli eləyən bir rəsm kimidir: (Ralph Waldo Emerson)

Ağıllı bir qadın xəzinədir. Gözəl ve ağıllı bir qadın gücdür: (George Meredith)

Bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir: (Dale Carnegie)

Bir qadın üçün, kinayəli baxılmaq gözdən qaçırılmaqdan daha yaxşıdır: (Mae West)

Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edəməyəcəyi heç bir şey yoxdur: (Helen Lawrenson)

Dünya qadınsız var ola bilməz. Gələcək bizim əlimizdə: (Joan Collins)

Qadınlar bütün dünyada ikinci sinif yaradılışdır, amma dünyanı bir arada tutanlar da onlardır: (Pam Brown)

Qadınlar insanlara daha yumşaq davranırlar. Biz insanlara uşaq əlleriylə toxunuruq: (Shirley Caesar)

Qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil, ətrafda topladıqları sevgiylə ölçərlər: (Linda Mcearlane)

Hər zaman buna inandım: Bir qadının müvəffəqiyyəti başqa bir qadının müvəffəqiyyətini hazırlar: (Gloria Vanderbilt)

Qadınlar çiyin-çiyinə sıralanarsa aralarından heç kim keçə bilməz: (Linda Mcfarlane)


Qadın tam bir dairədir. İçinde yaratma, bəsləmə və döndərmə gücləri vardır: (Diane Mariechild)

Qadın intiusiyası daha dəqiqdir, nəinki kişi əminliyi: (R.Killinq)

Qadın xoşbəxtliyə dəvət deməkdir: (Şarl Bodler)

Qadın pəncərədəki pərdə kimidir: naxışları balaca olsa da amma artıq dünyanı görə bilməyəcəksən: (Henrin Horoş)

Qadın doğulmaq lazım deyil, qadın olmaq lazımdir: (Simona de Bovuar)

Hər şey insanın əlindədir, insan isə qadının: (Aleksandr Fyurstenberq)

Qadınlar yaradılmayıb ki, onları başa düşsünlər, onlar yaradılıb ki, onları sevsinlər.








Suzana от 27 aprel 2016 15:56
hamisi cox gozel sozlerdi beyendim men
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ