
Xoş gələr. Amma gedişi heç də xoş olmaz. Sevdiyini deyər, özünü sevdirər, ürəyinə yatar. Hər bir xasiyyətinə aşiq olarsan. Eşq gözünü o qədər kor edər ki, səhvlərin görməzsən. Görsən belə, xoş gələrsəhvi sənə. Səhvlərin gizlədərsən. Qurban verərsən sevginə.. Amma o, özünü mükəmməl zənn edər. Sanki dünyada bundan başqası yoxdur. Günahkar biz olmasaq da, səbəbkar bizik. Biz onları qudurduruq.
..və bir gün bezərlər xoşbəxtlikdən. Bizdə tapdıqları hüzur onlara çox gələr, qaldıra bilməzlər bu xoşbəxtliyi. Sonra qəlbən tərk edərlər sevənləri.