Bəlkə bir xəyal idi əvvəlində. .
Adın qoyulmuş eşq dilində. .
Mənsə sənin yalnız qeyri-mümkünündüm. . .
Səni gördüyüm ilk anda başladı hər şey və sonrasında
tanımadığım bir həyəcan dadmadığım bir xoşbəxtlik oldun.
Gözlərimi bağladım bu xoşbəxtlik heç bitməsin istədim.
Gözlərimi elə möhkəm bağladım ki sən gedərkən belə açmadım onları.
Bir gün dönəcək dedim.
Bəli bir gün dönəcək və mən gözlərimi
təkrar həyəcanla və xoşbəxtliyə açacaqdım. .
Sözlər tükənərkən dilimdə. .
Bir sən bitmədin bax içimdə. .
Əslində bunu səndən gözləməzdim ki. . .
Birinin həyata gözlərini bağlaması nə demək bilərsənmi?
Həyatla bağlarını qoparması artıq bir xəyali yaşaması.
İçindəki ümidi heç itirmədən yaşatması..
Və hər səhər o xəyalin gülüşü ilə günə başlaması. .
Hansı yalan. . ? Hansı səbəb. . ?
Cavabın yox. . Bitdi demək. . .
Kim bilər bəlkə də mən sənin qorxularındım. . .
Zaman keçir və mən bu keçən zamana
səni daha böyük bir həsrətlə
daha böyük bir sevgi ilə gözləyirəm.
Gözlərimi açmaq gerçəkləri qəbul etmək istəmirəm.
Mən öz gerçəklərimi sevirəm onlar yandırmır canımı.
Düşünrəm gəlirsən qapını açıram qarşımda sən..
Tək söz etmədən sarılıram.
Yenə sənə toxunmağa belə qıya bilmirəm
və saatlarla səni izləyirəm. .
Məcburiyyətindəsən məcburiyyətindəyik. .
Sənsə hansı yolun sonundasan. . ?
Bəlkə də saxladığın bir şey var. . .
Bilirəm ki zaman irəlilədikcə dəyişəcək hər şey.
Öz gerçəklərim qanadacaq yaralarımı yenidən.
Gözlərimi açsam bu ağrılı bir az olsun dayanarmı deyə düşünürəm.
Sənin istədiyin kimi gedişini qəbul edə bilərəmmi. . ?
Əgər biri varsa aramızda. .
Qışqırıqlarım təkliyə. .
Bu ayrılıq axşamında. .
Gözyaşıma boğuldu dünya. . .
Və bir gün gözlərimi açdım. İşdə o an canım
heç ağrımadığı qədər ağrıdı…
Kaş ki gözlərimi heç açmasaydım kaş ki
ümidimi yox etməsəydim.
Görməyə başladığım an ümidlərimin bitdiyi
görmədiyim zamanlarda mənası olan
şeylərində mənasını itirdiyi an oldu.
Sevirdim sevginin kor olmaq olmadığını da bilirdim. .
Gec də olsa görməyə başladım. .
Məni sevmədiyini artıq məni istəmədiyini gördüm. . Sonum oldu. . . !
Soruşma mənə sənsizliyi. .
Soruşma mənə gücün yoxsa! . .
Gələn eyni. . Gedən eyni. . .
Burax məni təkliyimə! . .