Gözün rəngi xəstəliklərin göstəricisidir
Göz qəlbin aynasıdır. Gözün rəngi isə sağlamlığın göstəricisi. lunar.az -in verdiyi məlumata görə, ABŞ-ın Pittsburq universitetinin elm adamları maraqlı araşdırma aparıblar. Onlar göz rənginin ağrı və streslə əlaqəli olduğunu üzə çıxarıblar.
Araşdırmaya əsasən hamilə qafqazlı qadınlar qatılıblar. Nəticələrə görə, açıq rəngli gözlərə malik qadınlar ağrıya daha davamlıdırlar. Onlar stresə az düşür və mənfi fikirlərə daha az meyillidirlər.
Dəri, göz rəngi kimi fərqlərə səbəb melanin adlı piqmentdir.
Gözlərin rəngi tündləşdikcə beynin reaksiyaları sürətlənir, insanın həssaslığı artır. Qara gözlülər hədəfə daha tez düşürlər.
İtaliyalı alimlərin daha öncə apardığı araşdırma da göz rəngi ilə xəstəliklər arasında əlaqəni müəyyən etmişdi. İtaliya alimləri mavi gözlülərdə diabet və eşitmə problemləri riskinin yüksək olduğunu ortaya çıxarmışdı.
Mavi və yaşıl gözlü insanlar spirtli içkilərə daha çox meyilli olurlar. Onlarda göz xəstəlikləri yaranma səviyyəsi də tünd rənglilərə nisbətən yüksəkdir.