Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Biz zülmətin və reallığın dərinliklərində kor olan Ulduzlarıq...

Biz zülmətin və reallığın dərinliklərində kor olan Ulduzlarıq...

Biz zülmətin və reallığın dərinliklərində kor olan Ulduzlarıq...



Biz sadəcə səmanı işıqlandırmağa çalışan azmış ulduzlardıq...
Bir cümlə və hər şey o qədər gözəl izah olunur ki.
İtmişik biz bu zalım dünyada. Hara və niyə gedəcəyimizi bilmirik. Kimə inanacağımızı, kimi sevəcəyimizi bilmirik. Kimin bizə yaxşı, kimin pis davrandığını müəyyən edə bilmirik. Məsafə saxlayırıq hamıyla. Get - gedə uzaqlaşırıq insanlardan. Çünki qorxuruq. Yenə zərbəyə tuş gəlməyimizdən, hətta artıq insanların baxışlarından belə qorxuruq. Arxamızca nələr deyildiyini eşitməkdən qorxuruq. Yenə dəyər verib inanacağımızdan qorxuruq. Və yenə qorxu.
Keçən dəfə qorxuya qalib gəlməmişdikmi biz? Yenə və yenə. Əl çəkməyəcək bizdən, daim bizlə olacaq.
Uduzuruq. İtiririk. İnamımızı, sevgimizi və bəlkə də qəlbimizi. Payız yarpağıtək saralıb - solmuş, qar dənəciyi kimi həssas və soyuq oluruq. Hər şeyə qarşı vecsizləşirik. Hisslərimizi yıxıldığımız yollarda unuduruq. Daim nur saçan biz, qara, yağmurlu buludlara dönüşürük. Keçdiyimiz hər boz küçədə içimizdən bir parça qopub düşür və ayaq altında tapdalanmasına izn veririk.
Nə zamandan bu günə qaldıq görən? "Niyə belə soyuqqanlısan?" sualı bizə haçandan verildi? Yoxsa biz bir müddət öz daxilimizi hamıdan gizlədirdik? Və indi anladıq, biz heç vaxt onlar kimi ola bilməyəcəyik. Kiçik xoşbəxtliklərə belə sevinməyə qadir olmayan bizlər problemlərimizi gülüş altında gizlədib güclü görsənməyi bacaranlardan deyilik. " Hər şey yaxşı olacaq " təsəllisi artıq bizim üçün deyil, dost. Çünki biz zülmətin və reallığın lap dərinliklərində kor olaraq qalmış, azmış Ulduzlarıq.









LoVe Fire от 23 fevral 2016 13:36
Kimin bizə yaxşı, kimin pis davrandığını müəyyən edə bilmirik. Məsafə saxlayırıq hamıyla. Get - gedə uzaqlaşırıq insanlardan. Çünki qorxuruq...
--------------------
Prinsesa от 23 fevral 2016 17:57
Biz belkede cennetden qovulmuw weytannariq
Esgeroov
Esgeroov от 24 fevral 2016 16:59
OXmadim AMA Ezyet Cekmsen PAylawdiqniza gore Tewekurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ