Bir qəlb və onun icinə sığdırılmağa çalışılan iki ayrı qəlb. Bir qəlbin iki ayrı qəlbə olan eyni ve eyni zamanda tam fərqli hissləri. Bəlkə də özünün belə anlamadığı qarışıq hissləri. Heç birindən vaz keçə bilmədiyi, hər ikisini içinə sığdırmağa çalışdığı, onun üçün önəmli olan iki ayrı qəlb. Bəlkə də bir qəlbin eqoizmi, iki ayri qəlbdə tapdığı özəlliklər, onları itirməmək eqoizmi?! Birləşdirmək istəyi, heç birindən imtina edə bilməmək düşüncəsi. Birinə ürəyimi, digərinə həyatımı verim, beləliklə, hər ikisi mənim olsun məntiqsizliyi. Sonda isə…iki ayrıi- yaralı, yorğun, onda yalnız mən varam deyə özünü ümidlərə saran, ki ayrı, bir-birindən xəbərsiz qəlb. Məgər, xoşbəxt olmaq üçün bu qədər çıxmamazlıqlara baş vurmaq gərəklidirmi?! Vaxtında doğru addımlar atıb, doğru seçimlər edib, həqiqi istəyinin kim? Nə? olduğunu anlayıb, məhz ona dair həyatını yönləndirmək bu qədərmi çətindir?! Bu qədərmi, çətindir bir qəlbə yalnız bir qəlbi yerləşdirmək?! Bir insan bu qədərmi çarəsiz, çaşqın, seçimində qərarsız ola bilər?! Axı, əziyyət çəkən hər 3 günahsiz qəlb olur.....