Qadın: İlahi, o gedir, o məndən uzaqlaşır… (ağlayır)
Beyin: Pozitiv ol, pozitiv ol…
Qadın: Nə pozitiv? Əşyalarını yığır, əclaf…
Beyin: Zırıldama, gülümsə… Sirli şəkildə gülümsə… Bir dəə yel dəyirmanı kimi əl-qolunu yellətmə!
Qadın:Əclaf, çamadanını necə də həvəslə yığır… Abırlı bir kişi gedəndə, corab və alt paltarlarını götürməklə kifayətlənər, bu əclaf isə köynəklərini də yığır… (ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə, boynuna sarılım?
Beyin: Axmaq!
Qadın:Bəlkə, qarşısında diz çöküm?
Beyin: Axmaq!
Qadın:Bəlkə, elə onun…
Beyin:Nə “onun”?
Qadın: Başından tava ilə yüngülvari…
Beyin: ???
Qadın: Yazıqdır axı… Sağaltmaqla məşğul olaram, beləliklə də onun getməyini iki ay uzada bilərəm… Bəlkə, sonra öyrəşər, getməz…
Beyin: Cinayətkar olmaq istəyirsən, bir sözlə… Bəs birdən vurarkən gücünü nəzərə almasan…
Qadın: Əvvəlcə güc toplayıb, sonra qəş-ş-ş-şəngcə vuraram!
Beyin:O mənada demirdim… Sənin əlin ağırdır axı… Vurub öldürəcəksən, xəbərlərə çıxacaqsan!
Qadın: Belə ağıllısansa, de onda nə etməliyəm?
Beyin:Gülümsə! Pozitiv ol…
Qadın:Burda nə pozitivlik ola bilər? Mən tək qalaca-a-a-a-a-a-a-a-a-am! (ağlayır)
Beyin:Gülümsə! Özü də, tək yox, sərbəst qadın olacaqsan…
Qadın: Nəyimə lazımdır belə sərbəstlik?
Beyin: Gülümsə! Sərbəstlik möhtəşəm şeydir: ancaq özünlə məşğul olacaqsan!
Qadın: Niyə? (burnunu çəkir)
Beyin: Elə ona görə! İspan dilini öyrənərsən – sən həmişə ispanca kinolara tərcüməsiz baxmağı arzulamısan… Zərb alətləri dərnəyinə yazılarsan, bu əli ağırlıqla səndə yaxşı alınar!
Qadın: Necəsə vaxt olmayıb heç vaxt…
Beyin: Öz büdcəni özün tənzimləyəcəksən, heç bir lazımsız amerikan alətlərinə və bitməyən maşın təmirinə pul xərcləmədən!
Qadın: Kürk alaram, ayaqqabı alaram… həmin qırmızı ayaqqabını… (gözünü silir)
Beyin: Hüquq şöbəsindəki o oğlan ilə axşam yeməyinə çıxarsız – həmişə gözlərini sənə zilləyir…
Qadın: (Gülür) Hə, “MCdonalds”a gedərik, yeri gəlmişkən, təklif də edib… Kürkümlə ayaqqabımı da geyinərəm… (Sirli gülür)
Beyin:Nə kiməsə yemək bişirmək var, nə paltarını yumaq…
Qadın: Ancaq manikür-pedikür-maskalar-masajlar! (Xoşbəxtcəsinə gülür). Ekskursiyaya da çıxaram… (xəyallara dalır)
Beyin:Görürsən, sən də pozitiv şey yoxdur deyirdin…
Qadın: Hə, dözərəm! (Qalibmişcəsinə gülür). O-o-o-o-o-oy!
Beyin: Nə oldu?
Qadın: O, çamadanıyla qarşımdadır, diz çöküb… Dizləri öpməyə başladı!
Beyin:Kimin?
Qadın: Çamadanın yox hər halda! O deyirki, mənim kimi birini heç vaxt tapmayacaq… Bağışlamağımı istəyir… və getmək istəmir!
Beyin: Oy!
Qadın: Bəs sərbəst qadın? (ağlayır). Bəs zərb alətləri dərnəyi? Bəs kürk, ayaqqabı? (Zırıldayır). Bəs hüquq şöbəsindəki Vasya?
Beyin: Pozitiv ol, pozitiv ol…