Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bir daha heç bir zaman bir kişinin ağlayaraq siqaret çəkməsinə səbəb olma

Bir daha heç bir zaman bir kişinin ağlayaraq siqaret çəkməsinə səbəb olma

Bir daha heç bir zaman bir kişinin ağlayaraq siqaret çəkməsinə səbəb olma



dolmuş gözlərini gözlərimə dikmişdi . Sərt baxışların arasında yalnızlıq , qorxu olduğunu gizlədə bilmirdi ancaq . Masanın üstündəki winstonu əlinə aldı . Başını yelləyib gülümsəyə-gülümsəyə qutudan çıxartdığı siqareti yandırdı . O an özümü xərçəng xəstəliyinin ən yüksək mərhələsində olan insana ' ümidinizi itirməyin ' deyən axmaq həkim kimi hiss edirdim . Ortada isə nə ümid , nə də lənətə gəlmiş zərrə qədər sevgi qalmışdı . Gözlərimə elə baxırdı ki , baxışlarında əzildiyimi hiss edirdim . Divarlar kiçilib ortalıqda əyləşən məni , əzəcək kimi . Ağrıyırdım .. və bu ağrını sümüklərimdəki iliylərimə qədər hiss edirdim . Ancaq bu ağrı belə onun hiss etdiklərinin yanında heçnə idi , bilirdim . Bədənim gərginləşmişdi . O dərəcədəki , pəncərədən otağa daxil olan həzin külək içimi üşüdürdü . Əlləri titrəyirdi . Ancaq soyuqdan titrədiyinə əmin deyildim . Qəhvəyi gözlərə baxmağa həm utanır , həm də qorxurdum . ' getmə ' deməyini istəyirdim . Heç bir halda qalmayacağımı bilə - bilə . Getməliydim .. çünki , qalmağım zərərdən başqa heçnə vermirdi . Ayağa qalxıb pəncərənin kənarındaki çantamı əlimə aldım . Üşüməsin deyə pəncərəni örtməy istəyəndə mızıltı eşitdim : 
+ örtmə 
- soyuqdu sənə .

+ sənə nə ? 

- belə demə ..
Siqaretin kötüyünü qutusunun üzərində söndürüb ayağa qalxdı . Otağımıza keçib qapını örtdü . Onu çox sevirəm . İndi getmək əvəzinə başımı dizlərinə qoyub , barmaqlarını barmaqlarıma keçirə bilərdim . Keçirmədim , gecələmədim . Mən o an getməyi asant yol kimi gördüm . O ciyərlərini siqaret tüstüsü ilə doldurarkən , mən asant yol seçdim . Mən çantamı əlimə aldım və onu tərk etdim . Qapıdan çıxanda ondan eşitdiyim son söz ' bir daha heç bir zaman bir kişinin ağlayaraq siqaret çəkməsinə səbəb olma ' .. Əlvida



анимашки прикольные








MeLeK от 24 sentyabr 2016 15:21
Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...

Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ