Artığ 25 yaşım var.
Məktəbimi bitirdim,ali məktəbi də həmçinin müvəffəqiyyətlə başa vurdum,..
Allahu Təala gözəl bir işdə işləməyi də müvəffəq etdi, demək olar hər işim yolundadı.
Ancağ hardansa ortaya evlilik məsələsi çıxdı,-anam hər dəfə məni görəndə "oğlum artığ evlənmək vaxtıdı, Yaş gedir, məndə yaşlanmışam, toyunu görüm...." - hər dəfə eyni sözlər, qohumlarda məni görəndə eyni mövzunu açırdı....
Bir gün tək oturmuşdum, fikirləşirdim həqiqətən yaş gedir - evlənmək lazımdı... Bəs kim?. Görəsən qarşıma çıxan ürəyimcə olacağ, mənə itaət eliyəcək yoxsa asi olacağ... Və bu kimi suallar gəlməyə başladı ağlıma.
Evə, anamın yanına gəldim və evlənmək niyyətimin olduğunu bildirdim. Çox sevindi. Ancağ, kiminlə?...
O həmən günnən qohumlara, qonşulara xəbər verdiki uyğun biriləri olan kimi bizə bildirin.
Tez bir zamanda anam xəbər verdiki bəs bizim tərəflərdə qalan biri var, bizi tanışlığ üçün evinə dəvət edib...
Deyilən ünvana gəldik, qoca bir kişi qarşıladı bizi, içəri dəvət elədi, çay içdik, bir az söhbət elədik və gəldik əsas mövzuya... Kişi nəfsinə görə danışırdı və birbaşa mehr məsələsinə keçdi.. Elə bir məbləğ dedi gərək evimizi satıb bunun istəyini ancağ ödəyə bilək...
Evə gəldik və anama dedimki belə biriləriynən qohum olmağ istəmirəm, anamda razılaşdı.
Bir neçə gün keçdi xalam xəbər verdiki bəs qonşumuzda qız var, hicablıdı, çox gözəldi.... Və s.
Yığılışıb getdik bunlara, ailəynən söhbət etdik, ürəyimə yatdı, həmçinin onlarında mənnən xoşu gəldiklərini bildirdi.
Qızın özünü də görüb tanımağ istədim və razı oldular.
İlk öncə xoş təəsurat verdi ancağ söhbətə təzə başlamış başladı toyu necə eləmək istəyinnən, rəfiqələrinin bahalı restoranda toy eləməyinnən, özünün də qeyri - adi toyu olmağı niyyətinnən mənə danışmağa, imkan vermədi suallarımı və istəklərimi deyim...
Döndük evə və anama xəbər verdim ki, xalama desin ki, üzr istəyirik narahat etdik, müəyyən səbəblərə görə narazıyığ...
Vaxt keçirdi, tez tez xəbərlər gəlirdi filan yerdə filankəsin qızı var... Tanımadan yox demirdim heç birinə. SubhənALLAH, insanlar necə də dünyaya çox bağlanıblarmış, hamısıda nəfsinin istəklərinə görə danışırdı...
Artığ evlənmək arzum sönürdü. Heç həvəs qalmamışdı artığ evliliyə....
Bir gün telefonuma zəng gəldi, çoxdandı görmədiyim dostum idi, məni evlərinə dəvət etdi və yox demədim, görüşdük, söhbətləşdik, həyatımlzdan danışdığ, başıma gələnlərdən ona bir az nağıl elədim. Mənə dedi "qardaş, bizim qonşu blokda bir qız var, uşağlığdan bəri tanıyırığ, çox gözəl əxlaqlı biri kimi tanımışığ, oda sənin kimi elçiləri geri qaytarır, bildiyim qədər hələ evlənməyib, istiyirsən marağlanım bir xəbər deyim". Bir az tərəddüdlü idim ancağ razı oldum. Səhəri gün zəng gəldi, dostum idi, dedi ailəsinə dedim sizi evinə dəvət edib...
Yenədə anamı narahat etməli oldum. Yığışıb gəldik bunların evinə. Bizi çox xoş qarşıladılar. Hiss olunurdu ki, ibadət əhlidirlər. Niyyətimizi dedikdə onlar seçimi qızına verdiklərini və onun seçiminnən arxayın olduğlarını bildirdilər. Məni qız ilə tanış etmək üçün otağa gətirdilər.SubhənAllah, bir anlığ məni həyəcan bürüdü, bütün bədənimnən tər axırdı, alnımnan damcılar tökülürdü... Demək olar özümü itirmişdim, qız mənə yer göstərdi oturdum. Marağlı gəldi mənə üzümə bir dəfədə olsun baxdığını hiss belə eləmədim.Mən özümü itirdiyimnən nədən başlayacağımı bilmirdim.Tər isə imkan vermirdi, dayanmadan tökülürdü başımnan. Qız əl dəsmalını yanıma qoydu, və bunnan istfadə elə, - dedi. Sonra söhbət başladı, qısa tanışlığ dan sonra mənə sual verdiki "nə qədər maaş alırsan?" - bu sualı eşidən də həmən əvvəlki qızlar yadıma düşdü və zənnə getməyə başladım, istədim söhbəti uzatmadan durum, qız sualını təkrar etdi. Məbləği dedim. "Bunun nə qədərini zəkat verirsən? " deyəndə elə bil içimdə işığ yandı.Sonrakı sualı isə bu oldu- "Namazı nə qədər vaxta qılıb qurtarırsan?" -
-Təxminən 15 dəqiqə çəkir dedim.Müzakirə etmədən digər sualları verməyə başladı... Suallarına cavab verdim, məndə ona bəzi istəklərimi dedim, razılığını bildirdi... Əlhəmdulilləh.
Razı olduğumuzu ailəmizə bildirdik, Valdeyinlərimiz sevindiklərini dedilər, "nəhayətki "
..Evə gəldim, qızın əl dəsmalı yaddan çıxıb məndə qalmışdı, əlimə aldım, SubhənALLAH, çox gözəl qoxuydu, birinci dəfədir belə qoxu görürəm, sanki misk qoxusuydu... Dəsmalı qatlayıb əşyalarımln yanına qoydum, sonra qaytararam niyyətiynən...
Artığ toya hazırlaşırığ, ancağ ortaya bəzi problemlər çıxmağa başladı, qohumlar hamısı toyun çalğılı olmağını istəyirdi, çox israrlıidilər. Həmçinin anam. Toy qabağı bizə yığılmışdılar hamısı yenə həmin mövzuda danışırdı. Yığdım hamısını bir yerə və dedim "bu Toy mənim toyumdu, səbəbkar mənəm, Siz orda öz yalnış adətlərnizi edəcəksiniz, bəllidi. Buna görə də mənə də günah payı düşür, siz axirətdə mənim əvəzimə cavab verəcəyinizə razısınızsa məndə razıyam". Hamısı susmuşdular, həmd olsun, sonda istədiyimə nail oldum..
Artığ toy hazırlığları qurtarırdı, toy üçün qıza bazarlığ etməli olduğumuzu dedi anam və qızın anası danışdılar səhərsi görüşüb bazarlığa getdik, nişanlımda bizimlə idi.. Anam geyimləri, bəzəkləri göstərirdi ona ki, hansını bəyənirsə götürək, o isə heç birinədə əl uzatmırdı, hamslnıda analar seçdi...
Artığ toyumuzuydu, istədiyimiz kəsləri çağırdıq, çoxdandı görmədiyim tanışlar da gəlmişdi. Mənim üçün zövcəmi məsləhət görən dostumda yanımda idi - minnətdarlığımı bir daha bilirdim ona.... Təbriklər, falan... Əlhəmdulilləh ürəyimizcə keçmişdi toy
Artığ bir neçə ay idi keçmişdi evliliyimizdən.Özümü xoşbəxt hiss eliyirdim. Hər şey gözəl keçirdi. Biz zövcəmlə anamnan bir az aralı yerdə qalırdığ. Tez tez yoxlayırdım anamı, gəlində anamın ürəyincə olmuşdu...
Mən tez tez işdən zəng eliyirdim zövcəmə, hər dəfə də eyni suallarnan yoxlayırdım halını "necəsən? , hər şey yaxşıdı?, ağrayan yerin yoxdu?...". Doğrusu onu itirməkdən ehtiyat eliyirdim. Hər dəfə işdən qayıdan kimi qapının ağzında məni gözləyirdi elə bil, istəyirdim döyüm qapını, əlim havada qalırdı - qəribəydi.. Hər dəfə də bir birinnən dadlı yeməklər hazırlayırdı mənim üçün. Bəzən də tez gəlib özüm kömək eliyirdim yemək bişirməyə...
İbadətlərinə çox diqqət edirdi, Quranı əzbər bildiyi üçün içimdə həsəd yaranmışdı ona,hər dəfə bir şeylər öyrədirdi mənə. Axır vaxtlar Nəvəvinin "Qırx hədis" kitabını demək olardı ki, əzbərlətdirmişdi mənə, unudan kimi yadıma salırdı... O bu qədər elmi necə toplamışdı, heç yerə getmədən, necə yadında saxlayırdı bu qədər şeyi? - qəribəydi... Bəzi kiçik bildiyim Sünnələri belə tərk edəndə çox düşürdü üstümə, əlhəmdulilləh...
Bir gün işdəykən zəng elədi, hamilə qaldığını diyəndə çox sevindim, subhanALLAH, necə gözəl bir hiss idi, həmən evə gəldim tələsik, xoşbəxtlikdən söz tapmırdım.. . Hər vaxtaşırı mənə həmd etməyi xatırladırdı...
Hamiləlik dövrü çox ağır gedirdi, necə əziyyətlər çəkdiyinə şahid olurdum... Bir gecə gözümə yuxu getmirdi nədənsə. Zövcəmin hərəkətini duydum, ayağa qalxdı yerinnən, gözlərimə inanmadım, çox səsli, narahat qapısı varydı otağımızın, necə hərəkətlərnən yeriyirdisə heç bir səs də çıxmadı, otağdan elə tərzdə çıxdı, doğrusu hərəkətlərinnən içimə qorxu düşmüşdü. Qəsdən səs çıxartmadım, gördüyüm hərəkətə yerimdə donub qalmışdım. Bir müddətdən sonra arxasınca getdim, namazda olduğunu görüb geri çəkildim ki, arxasınca gəldiyimi bilməsin. Yerimə qayıtdım, yenə də həmin tərzdə geri döndü. Qəribəydi...
Hadisədən günlər keçmişdi, unutmağa çalışırdım bunları. Artığ xəyallar qururduğ, "oğlum olsun in şəə Allah, adını Ömər qoyacam" diyirdim, xoşuma gəlirdi bu isim, mənə" tələskənlik olmaz, səbr elə bəlkə qız olur, bəlkə heç olmur" deyirdi...
Uşağ dünyaya gəldi, necə sevindiyimi sözlə çatdırmağ çətindi ...
Bir müddət keçdi,artığ başlamışdığ düşünməyə ki,uşağ anlamağa başlıyandan sonra birinci nəyi öyrədək-Rəbbini tanımağı,namazı....
...Artığ övladımızın 2yaşı vardı.Bir gün işdəykən zəng gəldi yoldaşımnan-səsi yaxşı gəlmirdi,sancılarının olduğunu öyrəndim və evə gəldim,gələrkən içimnən keçirdirdim artığ ikinci dəfə ata olmağı Allahu Təala müvəffəq edir mənə yəqin...
...Həkim ağır bir xəstəliyinin olduğunu diyəndə içimdə elə bil nəsə qaraldı,nəfəsim ağırlaşdı..."İnşəə Allah sağalar ,"dedim.
...Demək olardı ki,bütün günümüz xəstaxanada geçirdi,balacanı vermişdim anam saxlayırdı.Bir müddət keçdikdən sonra həkim zövcəmi evə yazdı.Halı yaxşı görünürdü,çox sevindim.Yenə də həyatımıza bir yerdə davam edəcəyik,in şəə Allah...
İşdən evə döndüm,qapının ağzında zəngi vurmadan qapını açacağını düşündüm.Açmadı.Qapının zəngini vurdum səs gəlmirdi.Düşündüm yatıbdır,öz açarımla açıb girdim içəri.
-Bu qoxu mənə tanış idi,dərhal zövcəmin otağına gəldim .İçəridə sərin meh əsirdi,otağ çox işığlı idi və həmin qoxu indi daha çox gəlirdi.SubhəAllah,necə bərk yatıb,neçə günün yorğunluğudur zənn etdim.yanına oturdum,sanki nəyəsə gülümsəyirdi...qəribəydi
Əlini götürdüm əlimə,çox soyuğ idi...Nəfəs almadığını anlayanda...
Nədənsə qırıldım elə bil,içimə dərin bir qaranlığ çökdü,qəbul edə bilmirdim,ola bilməz..."canım zövcəm,ən yaxın dostum...Rəbbim bizi bu dünyada tez ayırdı...qorxuram bir daha görməyim səni,kaş bircə dəfə heç olmasa üzümə gülümsəməyini görüm,çox darıxıram artığ"....
Anama zəng elədim gəldi...Artığ hər kəs xəbər tutdu...
Səbr etmək ağır gəlir o zaman insana,əvəllər oğlumu çox istəyrdim.İndi elə bil ona olan sevgim də ölmüşdü..Bir müddət anamda qaldı.Onunla marağlanmağa belə həvəsim yox idi...
Onun ölümünnən xeyli müddət keçmişdi.Hələ də alışa bilmirdim.uşağa isə artığ isinişməyə başlamışdım.Zöv
cəmin qoxusunu ondan alırdım...
Yadıma onun qəribə hərəkətləri gəlirdi.Öz özümə çoxlu suallar yaranırdı beynimdə.
Bir gün şeyxlərdən biri ilə görüşüdüm.Məni narahat eliyən sualları-Onun qəribəlikləri haqqında hər şeyi danışdım şeyxə.Məni dinlədi sona qədər,bir az susdu..cavabı isə belə oldu"Bu övliyaların sifətlərindəndir"...
Evə dönərkən yol boyu onu fikirləşdim,gözümün qarşısına gəlirdi o qəribə gülümsər sifəti.içimdə artığ bir qəlb rahatlığı yaranmağa başlamışdı.
Bu günnən sonra övladıma diqqət ayıracam,xeyirli elm alması üçün var gücümlə çalışacam -diyə niyyətlərim var idi...
...Bu gün zöcəmin əl yaylığını tapdım əşyalarımın arasından...Allahu Akbar,
artığ neçə ildir keçib üstünnən o qoxunu hələ itirməmişdi...Yadıma ilk görüşümüz düşdü,tər anlımnan necə gedirdisə,necə həyəcanlıydımsa nə deyəcəyimi ,nədən başlayacağımı bilmirdim....
Əlhəmdulilləh,xoş,yadımdan bir an belə çıxmayan qısa həyat yaşadım onunla.bir dəfə də olsun itaətsizlik görmədim.Sıxıntı olan kimi yanına gələrdim necə təsəlli verirdisə qəlbim həmən rahatlığ tapardı.artığ zorda olsa yoxluğuna öyrəşmişəm..."Gözəl zövcəm"...
....................................................
Mənim 18 yaşım var.adım Ömərdi
Atam keçən il dünyasını dəyişdi.Bu yazıları atamın əşyalarının arasından çıxan gündəlikdən oxudum və sizinlə paylaşmağ istədim.Burda haqqında danışılan qadın anamdır.Atam onun ölümünnən sonra evlənmədi.Mənə tez tez anam haqqında danışardı...
....Doğrusu darıxıram onlar üçün..