Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Maketlənmiş Sevgilər

Maketlənmiş Sevgilər

Maketlənmiş Sevgilər

Dünən sevgillər günü idi. yenə kanallar “Romeo və Julietta”nı, “Titaniki” verməyə başlamışdı. Uşaq vaxtı hələ heç sevginin ne demək olduğunu bilmədiyim vaxtlarda saatlarla oturub bu kinolara baxa – baxa ağlayardım. indisə mağazaların küçələrinə qədər dağılmış “ürək yastıqcalar”, “ətri adamı 50 metrdən vuran güllər”, ikisindən biri qaçmasın deyə bir-birinə maqnit kimi yapışan sevgililəri və məni hər dəfəsində ağladan kinoları belə görəndə sevginin insanı çuşa gətirəcəyinə, bəlkə elə sevginin varlığına inamım artmadı. azaldı!!!!

yox. mən durub sizə deməyəcəyəm ki, filan günü yox, bəhmən gün olsun sevgililər günü. mən bəlkədə sizdən istədiyim əsl hissələrdi. o, hisslər ki, insanı yaşamağa alışdırar və anidən, cuzi bir şeydən səni ya xoşbəxt edə, yada bədbəxt edə bilər. o şey a bilmədiyimiz, hər kəsdən özünüzdən də gizlətdiyiniz o hissələr. bəlkə ən ülvi sevgi yaşamadığımız sevgidi. Çünki nə sən, nə də başqaları bu sevgidə nəsə bir səhv tuta bilməyəcəksiniz. axı kim deyib ki, sevgililər bir-birinə sarılaraq gəzməlidir. ya da ki, oğlan sevgili yalnız həmin günü nə vaxtdandı sevgilisinin ondan gözlədiyi hədiyyəni məhs bu gündə almalıdır. maketləşmiş sevgilər, maketləşmiş hədiyyələr, və daha nələr. googl-dan tapdığımız kiminsə şeyrlərini, möhtəşəm sevgi uydurmalarını alan qız görəsən doğurdanmı, özünü sevgi şahzadəsi sayır?! ax, yazıq qadın. Xoşbəxtliyi öz uydurmalarında, kiminsə eybəcər yazılarında tapan qadın. Al sənin olsun. bu gündə , sabah da, hər ayın bir günü bayram et özünə. o da sənə nələsər tapıb gətirsin. 14 fevrallar çoxalsın həyatında… bayramınız mübarək əziz maket sevgililər, qəlb halına saldığınız sevginin ölüm gününü qeyd etməyə tələsin









MeLeK от 14 avqust 2016 19:59
Esl sevgili ucun hergun sevgili gunu..deyerli...qiymetli...yaddaqalan olandir..tesekkurler...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ