Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Oxuyun ki, sizin gözləriniz də qızarsın

Oxuyun ki, sizin gözləriniz də qızarsın

Oxuyun ki, sizin gözləriniz də qızarsın


Oxuyun ki, sizin gözləriniz də qızarsın

...Gənc idi, gözəl idi, bacı-qardaşı yox idi, evin tək övladı idi. Azad idi.Rahat geyinirdi, şalvar, ya ətək fərq etməzdi. Amma hicablı xanım idi.Universitet xəyalları vardı... Və bir gün ...
Qapı döyülür:
- Ana, baxarsan?
- Yaxşı, qızım.
- Kimdir?
- Poçtalyonam.
İmtahanların nəticələri gəlmişdi.Hələ xəbəri yox idi, ən gözəl universitetlərdən birinə daxil olmuşdu. Həyəcanla açdılar zərfi. Və arxasınca təxmin ediləcəyi kimi sevinc qışqırıqları və s.
Yaşadığı şəhərdən kənarda idi universitet. Amma fərq etməzdi.Başörtüsü problemi də var idi məktəblərdə. "Əşi, 3-4 ildən bir şey olmaz. Açarsan başını, nə edək məcburuq" - deyirdilər ailə üzvləri.Çamadanlar hazırlandı, yola düşdülər.
Atası Sevdanı bir evə yerləşdirdi və gəldi. Bundan gözəl nə ola bilərdi Sevda üçün. Ali məktəbə daxil olmağı istəyirdi, amma ən əsası, ailədən uzaq olmağın verdiyi rahatlıq olacaqdı. Sevgililəri olacaqdı, istədiyi vaxtda çölə çıxacaqdı...
Məktəbdə "x" camaatından olan (müəyyən bir təriqət) biriylə qarşılaşdı.Çox yaxşı anlaşdılar.Aradan 2 il keçmişdi ki, Sevda universitetdəki təhsilini yarımçıq qoyub evinə döndü.
Ailəsi çaşdı.‘'Qızım, gözlərin qızarıb,xeyirdir,xəstələnmisən?'' - deyə soruşdular.
Cavab vermədi.Günlərlə otağından çıxmadı. Həkimə apardılar, bir şey çıxmadı. Amma gözləri daim qırmızı idi. İllər keçdi,çox elçilər gəldi, amma hər görən "Xəstəliyi var" deyə imtina etdi.
Nəhayət, bir gün bir gənc "Nə olacaq ki" düşüncəsiylə Sevda ilə evlənməyi qəbul etdi. Sevda gözəlliyə əhəmiyyət vermirdi. Atası oğlandan nə iş gördüyünü soruşanda, "Hamballıq edirəm" - dedi. Atası əvvəl istəmədi,amma sonra "Başqasıyla evləndirə bilmərəm" deyə razılığını verdi.Ailə qurmalarından 1 ay keçmişdi.Yoldaşı yuxuya getdikdən sonar Sevda ortadan itirdi. Fateh bunu hiss etdi. "Mənim xanımım nə edir, yoxsa narkotikdən istifadə edir?" - deyə fikirləşdi.
Şeytan vəsvəsələr verirdi hər gün: "Bəlkə də aldadır səni,boşan getsin. Sənə qızmı qəhətdir?". Onu izləməyə qərar verdi...
Sevda yataqdan qalxdı, duşa getdi. Sonra da otağa keçdi. Fatehi qorxu bürümüşdü: "Dəqiq, yüz faiz 0narkotik maddədən istifadə edir".Qapını açdı. Sevda əlləri səmada səccadənin üzərində ağlayırdı.O vaxt anladı hər şeyi.
Soruşdu ki,"sən niyə gizli-gizli bura gəlib namaz qılırsan, gözlərin buna görəmi qırmızıdır həmişə?"
Sevda anlatmağa başladı: "Dünyanın boş olduğunu fərq edə bilməmişdim. Başımda Allahın ayəsi varkən,üstümdə şeytanın vəsvəsəsini daşıdım illərlə. Universitetə başladım. Oğlan yoldaşlarım oldu, əllərini tutdum.Zina etdim yəni... Sonra bir gün bir yoldaşım mənə ölümü izah etdi,əzabı izah etdi ayə-ayə... Qorxdum,çox qorxdum... Yatdım, Rəbbim elə bir çəkdi ki dünyadan məni,yuxumda anlaya bilmədim. Yanırdım,atəşlər içində yanırdım. Nə edəcəyimi bilmirdim. Kömək istəyirdim...Hicabım mənə yaxın dayanırdı, əlimi tutub məni atəşdən çıxaracaqkən şalvarım araya girirdi, vururdu əllərimə təkrar atəşə düşüm deyə...Dönürdüm digər tərəfə, uzadırdım əlimi savablarıma - bir şimşək kimi çaxırdı günah ovuclarıma... Əllərimi oxuduğum Qurana uzadırdım -sətirdən oxuyaraq qəlbimə endirməməyim qaxılırdı başıma...Oyandım... Əfv dilədim Rəbbimdən...Amma elə çox günaha batdım ki...Silməyə çalışıram axirət dəftərimin sol yanını gözümdən tökülən yaşlarla... Anamgil bilsə riya olar,sən də bilsən, eynən... Bax belə.Niyyətim bir azca pay almaqdır Riza-i Rəbbdən".Aradan bir həftə keçdi. Sevdanın valideynləri onlara qonaq gəldilər. Və atası xanımının qulağına belə pıçıldadı:
"Xanım, bizim qızın xəstəliyi yoluxucu imiş, kürəkənə də keçib,gözlərinə bir bax".










Inara от 11 avqust 2016 13:33
superiydi oxudum maragliydi elerine sagliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ