Bundan sonra hələ onun,
Peşman olub dönməyi var.
Onun hər gün ağlamağı,
Mənim isə gülməyim var.
Dar küçədə nişanlımla,
Düz yanından keçməyim var.
Sonra mənim həri,
Nişan, elçiliyim,
Xonça xonça şirinliyim,
Qar bəyazı gəlinliyim,
Laiq olub itirdiyim,
Min xoş günüm,
Analığım, nənəliyim,
Layla deyib yellədiyim,
Beşiyim var.
Bağça yolu,
Məktəb yolu
Şütüməyim,
Səhər işə gecikməyim,
İşdən evə tələsməyim,
Süfrə açıb bəzəməyim,
"Ər" şalvarı ütüləyib,
Körpə saçı hörməyim var.
Eh daha nələr nələr,
İzi, tozu tez silinən,
Yoxluğu da bilinməyən,
Ondan uzaq sakit keçən,
Çox maraqlı bir ömrüm var.
Müəllif:ORXAN