Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xoşbəxt ol...

Xoşbəxt ol...

Xoşbəxt ol...

Bilirəm sevdiyin var 
 
Bilirəm sevdiyin var... Bəlkə də sevgilin var.. Hər gün danışdığın, görüşdüyün biri var... Ya bəlkə sən də mənim kimi sevdiyinə uzaqdan baxırsan... Qarşılıqsız sevirsən bəlkə sən də kimisə... Amma bilirəm sən də sevirsən... Və məni sevmədiyini də bilirəm... Kimi sevirsən? Kim girməyi bacarıb mənim girə bilmədiyim qəlbinə? Kimi layiq bilmisən sevginə? Kim üçün axıdırsan gözyaşlarını? Kimə görə bağlamısan qəlbinin qapısını? Çoxmu gözəldir? Kimə bənzəyir hə? Səni sevir? Çoxmu sevir? De bilim heç olmazsa... Sevdiyimin sevdiyini mən də tanıyım... De ki, ona sənə yaxşı baxsın.. De ki, ona səni fikirli görsəm, hüzünlü görsəm ondan bilərəm... Mənim baxmağa qıymadığım gözlərini ağlatmasın... Mənim görməyə doymadığım gülüşünü öldürməsin... De ki, ona səni məndən də çox sevsin... Bacarar? Edə bilər bunu? Səni mənim qədər sevə bilər? Sənə mənim kimi uzaqdan baxa bilər? Sevə bilər səni ? Günlük yox, aylıq yox bir ömürlük sevə bilər səni? Mənim sənə baxdığım kimi baxa bilər sənə? O an gözləri mənim gözlərim kimi parlaya bilərmi? Qəlbi yerindən çıxacaqmış kimi döyünərmi.. Amma razıyam, kimi sevirsən sev, yetər ki xoşbəxt ol, onda məndə xoşbəxt olacam...









MeLeK от 7 avqust 2016 12:58
Xeber ucun tesekkurler...gozel maraqli idi..cox sagolun...
--------------------
ORXAN от 7 avqust 2016 13:34
cox sagol beyendiyin ver gozel redakte ucun ))))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ