Qız:Alo
Oğlan:Bəli
Qız:Salam
Oğlan:Salam
Qız:Necəsən..???
Oğlan:Sağ olun yaxşıyam.Tanımadım,mənimlə danışan kimdir ki..???
Qız:Allah bəndəsi
Oğlan:Mən xatırlamadım axı bu səsi..??? Səsinizdə qüsur varrr...???
Qız:Bəli 1 il qabaq batıb səsim.
Oğlan:Sözlərim xətrinə dəymədi ki...??? Qız:Yox xətrimə dəymədin,bilirəm ki, çox maraqlıdır sənə kiməm görəsən...
Oğlan:Bəli maraqlıdır,gizli nömrədən zəng eləmisiniz,kimsiniz deyin..
Qız:Məni tanımazsan .Bəzən hər şeyin mənasız olduğunu dərk edən zaman,kimnənsə dərdləşmək istəyir insan.Elə ona görə sənin nömrəni yığmışam.
Oğlan:Hə elə düz nömrəni yığmısız.Belə ki,mənidə təhnalıq bezdirib tamam.
Qız:Təkliklə barışa bilmir hər adam.Sual vermək olar...???
Oğlan:Buyurun.. Qız:Əgər sirr deyilsə yoxdur sevgilin sənin...???? Niyə tək qalmısan...??? Tərk edib məgər səni...??
Oğlan:Yox mən onu atdım.
Qız:İncidib səni...????
Oğlan:O məni sevirdi məndə sevirdim.Taa ki.. qəza oldu.Maşını çevirdim.O gündən ayrılıq küləyi əsdi.
Qız:Niyə...???? Birdən birə nə oldu..??? Danış dərdini.Bölüşdükcə azalar.
Oğlan:O qış bir qəza keçirdim.
Qız:Bilirəm.
Oğlan:Necə..????
Qız:Yəni ağrını hiss etdim sadəcə... Oğlan:Nə isə deməli o qəza vaxtı mənim bədənimdən xeyli qan axdı.Çox qan itirmişdim.Halım pis idi.Həkimlər sənin qanından tapılmır dedilər.Bu vaxt həmin qız çatdı dadıma.Deyəsən qanımız uyğun gəlirdi.O qızda yəqin ki,bunu bilirdi.O qız mənə qan verdi.Sağ olsun.Sonra mən təmiz sağaldım.Nədənsə o qızı uzun müddət görmədim.Bir gün gördüm.Bu mənzərəni kaş heç görməyəydim.Onu gördüyüm an hər şeyin sonu,gözümün önündə canlandı bir an.
Qız:Yəqin özgəsi ilə görmüsən... Oğlan:Dayan,yox elə deyil.Qız əlil arabasında idi.Dəhşət idi gördüyüm.Bir ayağı yox idi.Sanki qurumuşdu dili, dodağı.Solğun baxışlarla mənə baxırdı.Gördüyüm vəziyyət məni yaman sıxırdı.Dedi ki,məndə bir qəza keçirdim.Bir ayağımı onda itirdim.Düzü çox üzüldüm.Pərişan oldum.İndi neyləyəcəm xəyala daldım.Onu o halı ilə sevə bilməzdim.
Qız:Təəssüf mən səni belə bilməzdim.Necədə vicdansız adam imişsən.Gör kimi sevmişəm,istəmişəm mən.
Oğlan:Nəə..,yoxsa sən..??? Qız:Bəli mən həmin qızam.İllərdi atılmış tənha,yalqızam.
Oğlan:Ola bilməz axı,bəs səsin...????
Qız:Aha.Nədir tanımadın...???? Deyim bil daha,məni pis günümdə tərk etdiyin üçün,aylarla qəm çəkdim ağladım hər gün hönkür-hönkür.İndi nə halım var,nə səsim çıxır.Ağlamaq batırdı səsimi mənim.Öz sevgim özümə oldu qənim.Daha heç bir insana yox inamım.Günah olmasaydı qıyardım öz canıma.
Oğlan:Elə şey eləmə bağışla məni.
Qız:O uca Allaha tapşırdım səni. Oğlan:Axı sən yeriyə bilmirdin.
Qız:Utan,danışma,yatmısan qəflətdə,oyan.Söhbət acılıbsa deyim hər şeyi,yaşadığım bu acı taleyi.Bundan sonra doğru yolla gedərsən.Danışım qoy bəlkə ibrət
götürdün.Sən o vaxt qəzada çox qan itirdin.Dözmədim.Sənin o halını gördüm,sənə öz qanımı könüllü verdim.Sən ölərkən mənə can lazım idiiiii....??? Nə qədər gərəkdi verirəm dedim.Səni yenə sağlam görmək istədim.Həkimlər o qədər qan aldılar ki,az qaldı canım çıxsın bədənimdən.Verdiyim qan sənə kömək oldu.Mənim isə o gündən bədənim soldu.Qanazlığı məni yatağa saldı.Amma yenə fikirim sənin yanında idi.Axırda bir ayağım tutuldu tamam.Daha belə davam edə bilməzdi.Məcburən kəsdilər bir ayağımı.Sənsə eşitmədin heç sorağımı.Amma sənin sağ qalmağın təsəlli idi mənə.Elə bilirdim ki,atmazsan məni.Təəssüf tanımamışam zərrəcə səni.
Oğlan:Nə deyəcəyimi bilmirəm....
Qız:Heç nə danışma,söyləmə bir kəlmə.Bu son zəngim idi.
Oğlan:Başa düş səni belə fədakar bilməzdim...
Qız: Sus...Yaxşi dinlə bu son sözlərimi, Vicdansız qəlbindən sil izlərimi. Məni məhv elədin eybi yox ancaq,
Daha bir kimsəyə cəkmə bu cür dağ. Səni vicdanınla qoyub baş-başa,
Dəstəyi asıram get düzgün yaşa.
ƏLVIDA....