PS: Çox qisa olduğunu bilirəm ama oxumağa Gerçəkdən dəyər. Buyurun.
Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə "1" rəqəmi yazır. "Baxın" - deyir: "Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey." Sonra "1"-in yanına "0" yazır: "Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir." Bir "0" da artırır: "Bu təcrübədi. 10 olduğunuz vaxt 100-ü qaldırar sizi." Beləliklə, "0"-lar uzanıb gedir. "Bacarıq... Ciddiyyət... Sevgi..." Əlavə olunan hər "0"-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı "1"-i silir. Demək istədiyi son fikri çatdırır: "İNSANLIĞINIZ YOXDURSA,O BİRİLƏR HEÇ BiR MƏNA VERMƏZ."