Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ölüm Gecəsi ...Qorxulu Hekayə lunar.az

Ölüm Gecəsi ...Qorxulu Hekayə lunar.az


Ölüm Gecəsi ...Qorxulu Hekayə lunar.az


Həftə sonu vaxt keçirmək üçün dostlarımızdan birinin kəndinə getdik. Oturduqları ev olduqca köhnə idi və qəbiristanlığa baxırdı . Təxminən aralarında 5-10 metr vardı.
Gecə istidən yata bilmədik və bir əyləncə axtarışındaydıq. Evlərində qaldığımız dostumuz "Gəlin ölülərdən, onların ruhlarından danışaq. Evin mühiti də uyğun. Şüşədən baxın qızlar" dedi (Biz hələ qəbiristanlıq olduğunu bilmirdik). Şüşədən baxdığımızda ilk gözümüzə çarpan iri gözlü bayquş oldu. Tam evin yanındakı ağacın evə baxan qisimində oturur və tərif edə bilməyəcəyimiz şəkildə ulayırdı. Qorxduq. "Hələ də görmədiniz mi?" dedi. "Nəyi?" dedik. "Böyük qəbiristanlığı görə bilmədinizmi hələ də" dedi. Qəbir daşları kiçik olduğundan görməməniz mümkün deyildi. Amma məzarın biri pəncərədən açıq-aydın görsənirdi. Qəbir daşından bilinirdi ki, bir neçə il keçib dəfninin üstündən. Diqqətlə qəbiristanlığa tərəf baxırdıq ki, ağacın üstündəki bayquş uçaraq həmin daşın üzərinə qonaraq yenidən ulamağa başladı. Daha sonra isə yuxarı qalxaraq qaranlıqda yoxa çıxdı. Qəbiristanlıqdan qorxmasaq da fikrimiz bayquşun yanında qaldı. Pəncərədn bayıra baxmağa davam edirdik ki, arxamızdan gələn bir tıqqıltı hamımızı diksindirdi. Bayquş evin bacasında içəri girmişdi. Heç cür otaqdan çıxara bilmədik. Şkafın üzərinə oturmuşdu, qorxunc bir şəkildə ulamağa başladı. O zamanlardan eşitdiyimə görə, bayquşun evə girərək ulaması heç də yaxşı deyildi. Kiminsə bu gecə ölməsini bildiridi, bəlkə də batil inanclardan biridi deyə fikir vermədim. Qorxuyla qızın babasını oyandırdıq. Baba otağa gəlib "heyvan hər cümə gecəsi bunu edər. Kəndin bir dəlisi bu bayquşa baxardı. Onundu bu heyvan, özü də tam da Cümə günü ölmüşdü, rəhmətlik" deyincə bir-birimizə baxışdıq. Yaxşıca qorxmuşduq. Bu gecə uzun sürəcəkdi deyəsən. Bayquşu çölə atdıqdan sonra pəncərəyə yaxınlaşaraq "baxın, bu onun qəbiridir" dedi və ən yaxındakı, bayaq gördüyümüz qəbiri göstərdi. Pəncərəni bağladıq. Yerimizə keçdik. Gecə hava küləkli idi hamımız yataqda idik, yatmağa çalışırdıq. Tam da yuxulamışdıq ki, otaqdakı köhnə pəncərə küləyin təsiriylə açıldı, açılmasıyla da bayquşun yenidən evə girməsi bir oldu. Bayquş yatağın ucunda iri gözləriylə bizə baxırdı. Qışqırıq səsimizə baba yenidən gələrək bayquşu tutub çölə atdı. Və bizə "yaxşı gecələr" deyərək yatağına döndü. Gün boyu olanları düşünə-düşünə sonunda yuxuya getmişdik. Gecə pəncərənin çıqqıltısına oyandım, öz-özümə "bu lənətə gəlmiş heyvan da imkan verməyəcək yatmağa axı bizi" deyinərək ayağa qalxdım. Ev tamam sakitlik idi, sanki heç kim yox idi evdə. Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı belə. Pəncərəyə yaxınlaşdım, amma bayquşu görə bilmədim. Geri , yatağıma qayıdırdım ki, gözüm bayaqkı qəbirə sataşdı. Diqqətlə baxdıqda daşın altındakı torpaqda iri bir dəlik olduğunu gördüm. Gözlərimə inana bilmədim , bayaq belə bir şey görməmişdim. Yatağıma qayıtmaq istəyərkən babanın otağından qəribə bir səs gəldiyi eşitdim. Qapını aralayaraq içəri boylandım, inanmağım gəlmirdi, bayquş yatağının üzərində dayanmışdı, babanın üzü-gözü tanınmaz hala gəlmişdi, yataq qan içində idi, bayquşun ağzında isə üzündən parçaladığı ətlər var idi. Qorxudan ağlamağa başlamışdım, geri dönüb qızları oyatmaq istəyirdim, qapını bağlayıb yatdığımız otaqağa qaçanda kimsə qolumdan tutdu, bədənimə buz kimi bir şeyin toxunduğunu hiss elədim, arxamdan gələn nəfəs səsini də eşidə bilirdim hətta, yerimdə donub qalmışdım, qorxa-qorxa başımı arxama çevirdim, görməyimlə qışqırmağım bir oldu, üzü-gözü tanınmaz halda olsada, babanın bayaq anlatdığı o ölmüş kəndin dəlisi ağlıma gəldi, digər əli ilə boğazımdan yapışaraq "bayquşuma yaxşı baxmadınız, onu çölə atdınız, bir-bir mənim yanıma gələcəksiniz" ağzını qulağıma dayayaraq pıçıldadı.Heç nə edə bilmirdim, sanki bədənim donmuşdu, axırıncı qışqırığımdan sonra səsimdən yuxudan dik atıldım. Əllərim boğazımda idi. Otaqdakı qızlar da oyanmışdılar. "Sadəcə yuxu idi, keçib getdi, qorxma" deyərək təsəlli verməyə çalışırdılar. Su içirərək sakitləşdirdilər, 10 dqəyə qədər yanımda oturdular. Bu yuxunun təsirindən təzə ayılmışdım. Artıq səhər də olmuşdu. Amma evlərinə getdiyimiz qızın babasının otağından gələn qışqırığı bizi də çaşdırdı. Qaçaraq ora baxmağa getdik, qız babasının yatağının qarşında diz üstündə çökərək ağlayırdı. O zaman anladıq. Babası dünən gecə dünyasını dəyişmişdi









SENINEM от 14 iyul 2016 19:47
maraqlidi tewekkurler canim xebere gore
--------------------
yoxduu
Prinsesa от 16 iyul 2016 21:57
Ana səhifə şəkli csnımı yandırdı (
MeLeK от 24 sentyabr 2016 15:22
Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ