Payız... Payızı sevirəm.. Çünki hislərimin əks olunduğu bir zamandır...
Səbirsizliklə gözləyirəm payızımı... Hər tərəf sakit və səssiz olar... Bir tək mən olaram
Haray qoparan... Ətraf haray qoparar... İldırımlar çaxar... Onlar hər çaxdıqca səni yad edərəm...
Onlar yerə sancılar... Sən ürəyimə...
Havalar tez qaralar... Gecələrim tez gələr yanıma... Onlar gələr
saxta gülüşlərim gedər... Mən ağlayaraq dərdimi boşaldaram...
Onlar məni dinləyər...
Mən ağlayaram gözümdən damla-damla yaşlar axıdıram... Birdən yağış
yağar... Hansı ki, onlardan ən sevdiyim... Dinləyərlər məni... Göz yaşlarıma cavab
verərlər... Qarşılıqsız qalmış hislərimə... Payızımı gözləyirəm
o hislərimə cavab versin...
Mən Payızı yaşayıram... Daxilimdə... Qəlbimdə... Səssiz-səmirsiz... Heç kim
anlamaz məni... Məni başa düşə bilən tək Payızımdır... O mənim tək ümidimdir...
Son ümidim...
Payızda gəzmək tamam başqa bir zövqdür... Xəzəllərin səsi beynini
rahatlatar... Musiqi kimi dinləməyə başlayarsan... Qəlbinə girər... Və beləcə davam edərsən...
Bu zövqü yaşamağa...
Payızım, hissłəRimin əks øłunduğu bir zamаnsan...
Payız sənə bağlandığım o zamanlar ... Günlər keçdikcə yad edəcəm...
Həmin günləri müqayisə edəcəm... Keçən il o zamanı indi
olan bu zamanı... Onda aşiq olub həyata bağlanarkən, indi həyatda olan yaşama ümidimi itirirəm..