Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qorxulu hekayə

Qorxulu hekayə

Qorxulu hekayə

"Üç hərflilər"

Anam ilə danışarkən "Üç hərfli"lərdən mövzu acıldı… Anama "mən bele seylere, yəni insanlar gözünə görsənməsinə inanmıram" dedim. O gecə Saat 1:30 kimi idi həyətdə oturmuşduq, anam mənə onların kənddə olan maraqlı bir hadisəsini izah etdi:
Anamgilin qonşusu olan gənc bir gəlin varmış, uşağı olmuş, qız dünyaya gətirmiş. Qız 3-4 yaşlarında ikən çayın qarşısında cox oynamağa başlamış, gəlinciyi ilə orada oynayırmış, anası bu vəziyyəti izləməyə başlamış, uşaq çörəyi bir parca öz ağızına, bir parcasını da əlindəki gəlinciyə yedirirmiş, yaxınlaşıb mane olmuş, amma uşaq "o da canlı, yemək istəyir" demiş, "uşaq ağlıdır, işində olsun" deyə anası bir şey deməmiş daha. Amma əslində uşağın əlindəki gəlincik deyilmiş, üç hərflinin eyni yaşındakı uşağı o qızın gözünə elə görünürmüş, gəlincik şəklində gəlirmiş onun yanına. Uşaq o qədər baglanmış kı o gəlinciyə, hər yerə onunla gedib gəlirmiş. Anası bu vəziyyətə əsəbiləşincə, "mən bu gəlinciyi sabaha qədər yox etməliyəm" demiş uşaq yatarkən gəlinciyi götürmüş və balta ilə başını kəsmiş, bir baxmış qan tökülür, o anda qadına o gəlinciyin anası (cin) görünmüş, çox qorxmuş qadın, oldugu yerə yıxılıb qalmış. Yemir - içmir, dəli kimi fırlanırmış, aydın danışa da bilmirmiş. Əri bunu bir molla yanına aparmış, olanları izah etmiş, molla isə ona " müsəllət olmuş, uşağının canını alamaq istəyir, amma dua yazaram, hər şey düzələr İnşallah" demiş... Hadisədən tam 1 il sonra qadın təndirdə çörək bişirirmiş, qızına "burda dayan, çörəkləri heyvanlar yeməsin, su gətirim, gəlirəm" demiş və getmiş. Geri qayıdanda uşağı orda tapa bilməmiş, çox narahat olmuş, hər tərəfi axtarmış, amma yoxmuş, birdən təndirə baxmış, öz qızını görmüş orda, yanaraq ölübmüş ordaca qızı










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ