Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Təsirli hekayə

Təsirli hekayə

Təsirli hekayə

Telefonda.
Oğlan: Canım biz danışmalıyıq.
Qız: Sevgilim nə olub ki?
Oğlan: Bir dəyişiklik olacaq...
Qız: Nə? Nə isə olub ki? Pis xəbərdi?
Oğlan: Səni incitmək istəmirəm canım...
Qız fikirləşir: Ay Allah, nə olar elə et ki,
məndən ayrılmasın...Mən onu çox
sevirəm axı.
Oğlan: Canım ordasan?
Qız: Hə...hə burdayam. Demək istədiyin
nədi?Oğlan: Bilmirəm deyim yoxsa yox.
Qız: Söhbəti sən açmısan, sən də sona
kimi danış! Xahiş edirəm nə olub axı?
Oğlan: Mən gedirəm...
Qız: Sən nə danışırsan? Mən sənin
getməyini istəmirəm, səni sevirəm!!!
Oğlan: Yox o mənada yox...Başqa uzaq
yerə gedirəm.
Qız: Axı niyə? Valideynlərin də,
qohumların da burda qalır.
Oğlan: Bilirəm. Ancaq atam məni uzaqda
internata göndərir.
Qız: Buna inana bilmirəm mən.
Oğlan: Canım mənimlə qaçarsan?
Qız: Canım bilirsən ki, sənin üçün hər şey
edərəm, ancaq mən qaça bilmərəm.
Atam məni öldürər!
Oğlan - Kədərli: Eybi Yoxdu canım...Mən
başa düşürəm. Qulaq as mən sənə bir
şey verməliyəm, çünki artıq sabah
tezdən aeroportda olmalıyam.
Qız: Hə yaxşı. Evdən gizlin çıxıb, səninlə
parkda görüşərik.
Oğlan: Oldu. 20 dəq. ordayam.Bunlar
parkda görüşürlər, qucaqlaşırlar və
oğlan qıza bir məktub verir.
Oğlan: Ala bu sənin üçündü. Mən
getməliyəm.
Qız: Artıq göz yaşlarını gizlədə bilmir və
ağlayır.Oğlan: Canım xahiş edirəm ağlama, sən
bilirsən axı səni çox sevirəm ancaq mən
artıq getməliyəm.
Qız: Yaxşı.
İkisi də evə qayıdırlar və qız oğlanın
verdiyi məktubu oxumağa başlayır.
Məktubda:Bu məktubla sənə sübut
etmək istəyirəm ki mən səni HEÇ VAXT
SEVMƏMİŞƏM, əksinə sənə o qədər nifrət
edirəm ki. Heç vaxt mənə əziz
olmamısan, heç vaxt səninlə birlikdə
olmaq istəməmişəm və heç vaxt səninlə
danışmaq da istəməmişəm. Səni bir daha
görmək istəmirəm.Sənin sevgin üçündə
heç darıxan deyiləm. Sənə nifrət edirəm.
Sağ ol!!!
Məktubu oxuyandan sonra qız ağlamağa
başlayır və məktubu yerə atıb evə
qayıdır. Bir gün keçir və qız yenə də
özünü tək və gücsüz hiss edir. Bir az
keçmiş telefon zəng çalır və qız cavab
verir:
Alo?
Qızın yaxın dostu: Özünü necə hiss
edirsən?
Qız: Hələdə inana bilmirəm ki, o məni heç
vaxt sevməyib.Dostu: Hə yaxşı yadıma düşdü sevgilin
mənə zəng etmişdi və deyirdi ki, sənin
cibinə başqa bir məktub qoyubdu. Onu
oxusun dedi.Qız cibinə baxır və
doğurdanda bir məktub olduğunu görür.
Məktubda: Həyatım, yəqin ki, bayaq ki,
məktubda yazdığım sözləri ciddi qəbul
etmədin. Fikirləşdim ki, birdən məktub
atanın əlinə keçər ona görə özüm qəsdən
elə yazdım. Sən unutma ki MƏN SƏNİ
HƏMİŞƏ SEVƏCƏM!!!
Qız: Ay Allah, o məni doğurdanda sevir.
Yəqin bu məktubu onunla görüşəndə
cibimə qoyub.
Dostu: Hə əlbəttə ki, gözəl. Mən indi
getməliyəm. Özünə yaxşı bax. Hələlik
Qız: Oldu. Sən də. Hələlik.
Qız dəstəyi üstünə qoyub televizoru
yandırır və xəbərlərdə dəhşətli bir hadisə
baş verdiyini görür.Xəbərlər: Bir saat bundan əvvəl bir
təyyarə qəzası baş verib. 47 nəfərdən
çox adam həlak olub və hələdə sağ
qalanları axtarırlar. Bu faciəni biz heç
vaxt unutmayacağıq. Qəzaya düşən bu
təyyarədə internata yola düşən
tələbələr var idi. Allah rəhmət eləsin o
cavanlara.
Qız televizoru söndürür və bu dəhşətli
xəbərdən sonra fikirləşir ki, sevgilisiz
həyatın mənası olmayacaq və 3 gün
sonra özünü öldürür.Bir gün sonra qıza
zəng gəlir, lakin heç kim dəstəyi
götürmür. Zəng edən qızın sevgilisi idi.
Oglan mesajda yazır: Salam canım, yəqin
evdə deyilsən. Sadəcə sənə demək
istəyirəm ki, mən sağam və uçuşumu
təxirə saldırdım ki, səni bir dəfə də
görüm. Sənə yaxşı xəbərim var mən artıq
bir daha heç bir yerə sənsiz gedən
deyiləm. Sağ ol həyatım. Evə gələndə
mənə zəng edərsən. Səni çox ama lap
çox sevən sevgilin...!!!




Redaktə etdi: Milana - 24.05.2016 22:14:25








SENINEM от 25 may 2016 01:12
TESIRLI HEKAYEDI ....
--------------------
yoxduu
LoVe Fire от 25 may 2016 16:23
Duzu cox uzun oldugundan axira kimi oxumadim vaxt tapan kimi ardin mutleq oxuyacam)paylawdigincun tewekkurler
--------------------
Sadiqov от 27 avqust 2016 15:14
Oxudum cox tesirlidir elerine saliq
--------------------
MeLeK от 24 sentyabr 2016 15:27
Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ