Bəzən nəfəsim gəldiyi qədər bağırmaq istəyirəm. Amma susuram. Mən
susmaqa məcburam
Qorxuram.
Sevgidən bərk qorxuram.
İtirməkdən bərk qorxuram.
Ağlamaqdan bərk qorxuram.
Arzularımla xəyallarımla tək qalmaqdan qorxuram.
Elə ona görə də tək və tənhayam.
Özüm-özümə zülm edirəm.
İçin-için öz halıma gülürəm.
Çünki mən özümlə bacara bilmirəm.
Nəyə ehtiyacım olduğunu bilə-bilə onu itirməyi gözə alıram.
Tənhalığı seçirəm.
Mən demişəm də.
Bu dünyaya gəldiyim gündən, mənim üçün uzaq bir yerlərdə qanun
yazılıb! Orda mənə: Xoşbəxtliyin qadağa olduğu birinci və sonuncu qanun
var! -Və mən heç vaxt əlimdəkinin dəyərini bilmirəm.
Gözləyirəm itirim sonra arxasıyca sadəcə göz yaşları töküm.
Həmişə olduğu kimi.
Hər şeyi itirirəm.
Özümü itirirəm. Dostlarımı itirirəm.
Qaranlıqda oturub bir ümid işığı gözləyirəm.
Bir əl uzanacağı günü gözləyirəm.
Sanki məni bu qaranlıqdan çəkib cıxaracaq bir əl. O əl mənim əllərimdən
tutub heç vaxt buraxmayacaq. Bu mümkündürmü??? Əlbəttə yox!!!
Sadəcə xəyal... Xəyal...
Uzaqlara getmək istəyirəm
Heç kimi məni tapmayacağı bir yerə.
Bir gün bunu edəcəm. Hər şeylə vidalaşacam. Və məni gözləyən dünyaya
doğru yola düşəcəm.
Özümü onun qollarına atacam.
Yeganə xoşbəxtliyimə qovuşacam.
Bəlkədə onun düz gözlərinə baxacam...
Onun adı: Ölüm Soyadı: Qaranlıq
Ünvanı: Tənhalıq Sevgisi: Qəm kədər
Arzusu: Soyuqluq ...Mən ona aidəm!!