Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Özünüz Üçün Mütləq Etməli Olduğunuz 15 Şey

Özünüz Üçün Mütləq Etməli Olduğunuz 15 Şey

Özünüz Üçün Mütləq Etməli Olduğunuz 15 Şey


Ölümcül bir xəstəliyin pəncəsində olan birinin, hər yeni günə yavaş-yavaş ölümə yaxınlaşdığını bilərək başlamasının necə bir şey olduğu barədə düşünsəniz, heyrətə gələrsiniz. Bəs, hər gün oyanıb, heç ölməyəcəkmiş kimi yaşadığınız dəqiqələrin dəyərini bilməmək necə bir şeydir, heç düşündünüzmü? Həyat qısadır, zaman isə sürətlə axıb keçir. Belə olduğu halda özünüz üçün bəzi şeylər etməyə nə deyirsiniz?
lunar.az olaraq, yenə “Anı yaşayın!” şüarı ilə yola çıxdıq və sizi yoran gündəlik həyəcanları bir kənara qoyub, özünüz üçün etməniz lazım olan 15 maddəni topladıq:

1. Yerinizdə saymayın və özünüzü inkişaf etdirməyə davam edin. Sərhədləri qırıb keçin və böyük xəyalların arxasınca gedin. Yaşıdlarınız və ya bu işi sizdən əvvəl görənlərdən daha yaxşı olmaq üçün özünüzü yormayın. Hər zaman daha yaxşı şeylər etmək üçün məhz əvvəlki özünüzlə rəqabət aparın.

2. Daxili səsinizə qulaq asmaqdan imtina etməyin. Başqalarının nə dediyi, nə düşündüyü sizin üçün ilk sırada gəlməsin. Qoy, hər kəs öz daxili səsinə görə məsul olsun. Hər kəsi öz fikri ilə təkbətək buraxın.

3. Öz ayaqlarınız üzərində dimdik yeriməyə çalışın. Başqalarının sizdən gözlədiyi yoldan getməsəniz, bu vəziyyət bir az narahatlıq yarada bilər. Təşvişə düşməyin, bu onların problemidir, sizin deyil. Hamı özündən başqa hər kəsin necə yaşaması lazım olduğuna dair hökm çıxarmağı sevir. Siz isə öz daxili səsinizə qulaq asın.

4. Qorxu hissinizlə mübarizə aparın. Qorxu xəyalların qatilidir. Qorxunun gələcəyinizi formalaşdırmasına yol verməyin. Sonda ya rahat, ya da cəsarətli olacaqsınız, amma hər ikisinin də eyni anda olmasını gözləməyin.

5. Realist olmağı bir az kənara qoyun. Uğur qazanmaq üçün bunda az da olsa fayda var. Tamamilə reallığa baxmaq sizi qaramsallq və ruh düşkünlüyünə aparıb çıxarır. Çox vaxt belə halda, işə başlamamış son qoyulur.

6. Görülməsi lazım olan işləri təxirə salmayın. Dünyaya uğurlu olmaq üçün gəlmisiniz. Ancaq bunun üçün plan qurmalı, hazırlaşmalı, gözləməli və dinclik bilmədən çalışmalısınız.

7. Əziyyətlərinizə qucaq açın. Keçmişdə çəkilən hər bir əziyyət insanı kamilləşdirir və gələcəkdəki çətinliklər qarşısında daha da əzmli edir. Nə qədər xoşagəlməz olsa da, istədiyiniz nöqtəyə çatmaq üçün bəzi çətinliklərlə qarşılaşmağınız lazımdır.

8. Səhv etməkdən qorxmayın. Səhv etmək boş-boş durmaqdan yaxşıdır. Səhvlərinizdən çox şey öyrənəcəksiniz. Etdiyiniz səhv nə qədər pis olursa olsun, həyatda peşmançılığa yer yoxdur. Bu halda ancaq perspektivinizi aşkara çıxaran dərslərə yer var.

9. Yıxıldıqdan sonra təkrar ayağa qalxmaqdan imtina etməyin. Ən güclü və uğurlu insanlar daim qalib gələnlər deyil, uduzsalar da, təkrar ayağa qalxmağı bilənlərdir.

10. Əlinizdən gələni edin. Nəyisə itirsəniz, bunu bir itki kimi göstərməkdənsə, getdiyiniz yolu işıqlandıracaq hədiyyə kimi görün.

11. Sizə ağız əyənlərə məhəl qoymayın. Qurduğunuz xəyalları kiçildən, sizihər fürsətdə tənqid edən insanlardan uzaq durmaqdan və yaxud da onlara layiq olduğu cavabları verməkdən çəkinməyin.

12. Gələcəyiniz üçün kiçik addımlar atın. Hər şey bir anda baş vermir, addım-addım uğurunuza doğru gedin.

13. Daha da yüksəklərdə qanad açın. Sizi aşağı dartan zəncirlərdən xilas olmadığınız müddətdə gələcəyə qanad aça bilməzsiniz.

14. Gülümsəməkdən imtina etməyin. Necə bir vəziyyətin içinə düşürsünüz düşün, ürəyinizdəki ən kiçik sevinc qırıntısını itirmədən gülümsəyin. Beləliklə, xoşbəxtlik və ya bədbəxtliyi qarşılaşdığınız halların deyil, davranışınız və mövqeyinizin müəyyən etdiyini öyrənəcəksiniz.

15. Pozitiv düşünün. Fikirlər güclüdür, onlar həm yaratmağı, həm də dağıtmağı bacarırlar Ətrafınıza baxın, bütün həyatınızın sizin fikirlərinizdən meydana gəldiyini görəcəksiniz. Bunu bilərək addımlarınızı atın.








Sadiqov от 14 mart 2016 13:43
Menali sozler idi cox sagol paylasimin ucun
--------------------
BANDITKA от 14 mart 2016 17:22
Tesekkurler xebere gore
asif.abasov от 14 mart 2016 17:34
Alıntı: BANDITKA
Tesekkurler xebere gore

Deymez

Alıntı: Sadiqov
Menali sozler idi cox sagol paylasimin ucun


deymez beyendiyive sevindim)
SENINEM от 28 iyun 2016 14:53
maraqli idi sagolun xeber ucun
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ