Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Titanikə Yardım Üçün Gələn İlk Gəminin Kapitanının Gördükləri

Titanikə Yardım Üçün Gələn İlk Gəminin Kapitanının Gördükləri

Titanikə Yardım Üçün Gələn İlk Gəminin Kapitanının Gördükləri

Titanik 1912-ci ilin 15 aprel tarixində aysberq ilə toqquşduqdan sonra ona ən yaxın olan Carpathia gəmisi yardıma gəlmişdi. Hadisənin davamını gəminin kapitanı Arthur Rostron’un dilindən dinləyirik.

Arthur Rostron Titanik barədə xəbəri necə alması ilə söhbətinə başlayır: “New York’dan yola çıxmışdıq və Avropada bir neçə limanı ziyarət etməyi planlaşdırırdıq. Bazar günü axşamına qədər hava günəşli və xeyli isti idi. Bazar günü gecə 12:35’də Titanik’dən həyəcan siqnalı aldıq. Mən yatmaq üçün yeni uzanmışdım, xəbəri mənə oyandırıb verdilər. Titanik təcili yardım istəyirdi və bizə göndərdikləri koordinatlar 1º 46′ n, 50º 14′ w idi. Təcili şəkildə gəminin istiqamətini bizə verilən koordinatlara tərəf çevirdik və sürətlə Titanik’in olduğu yerə doğru hərəkət etməyə başladıq. Orda nə ilə qarşılaşacağımızı bilmədiyim üçün hər kəsin xilasedici formaları hazırlamasını, həkimlərin də hazır olmasını əmr etdim.Rostron danışmağa davam edir: “Saat 3:45-də, yəni hadisə yerinə çatmağımızdan 15 dəqiqə əvvəl köməkçim yanıma gələrək hər şeyin hazır olduğu dedi.(Titanik gecəyarısı batmağa başlamışdı və təxminən saat 2-də artıq batmışdı). İlk həyəcan siqnalını aldıqda aramızdakı məsafə 93 km idi və o şərtlər altında çatmağımız 3.5 saat çəkmişdi. Saat 4-də gəmini dayandırdığımızda ilk qayığı gördük və orada olanları gəmiyə köçürdük.

Rostron hadisənin əvvəlinə dönərək qısa məlumat verir: “Saat 2:40 olanda səmada fişəng partladı. Bunun Titanik’ə aid olduğuna əmin idik və həmin yerə 1 saat məsafədə olduğumuzu bilirdik. Sürətli şəkildə ora gedərkən qarşımıza aysberq çıxdı. Ona dəyməmək üçün kənarından keçməyə çalışmağımız sürətimizi də azaltmışdı. Hadisə yerinə yaxınlaşdıqca sağımızda, solumuzda xeyli sayda böyüklu-kiçikli aysberqlər gördüyümüzdə Titanik’in başına nə gəldiyini artıq təxmin edə bilirdik.

İlk qayıq yanımıza gələndə içindəki dənizçi yüksək səslə içəridə sadəcə bir dənizçi olduğunu və gəmiyə minə bilmələri üçün gəminin daha da yaxınlaşmasını istəyirdi. Hava yavaş-yavaş aydınlanırdı və mən ətrafa baxmaq üçün başımı qaldıranda 4-5 mil məsafədə 4-5 qayıq da gördüm. Yenə çılpaq gözlə 20-yə yaxın aysberq sezdim. Bunlardan bəzilərinin hündürlüyü 30 metri keçirdi. Səhər saat 8:30-da bütün qayıqları gəmiyə köçürmüşdük.”

Arthur Rostron Titanik’i görə bilməmişdi. Gəminin tam olaraq harda batdığı bilinmir, amma bəlli bir nöqtədə çoxlu taxta parçasının olması həmin nöqtədə suyun dibinə endiyinə işarə edirdi. Səhər 8-də Titanik’dən cəmi bir saat məsafədə olan, ancaq gəlib çıxa bilməyən Californian gəmisi gəlmişdi. Deyilənlərə görə Titanikdən dənizə endirilən 20 qayıqdan sadəcə biri tapılmamışdı.

Carpathian gəmisində ölənlərə simvolik olaraq mərasim keçirildi. Rostron’un gəmisi yavaş-yavaş hadisə yerindən uzaqlaşmağa başlamışdı. Gəmi tez-tez suyun üstünə çıxmış insan meyidləri ilə qarşılaşırdı, ancaq xilas edilənlərin daha çox travma yaşamaması üçün onları gəmiyə götürmürdülər. Ölənlərin şəxsiyyətlərini müəyyən etmək üçün meyitlərin üstündən saat, bilərzlik kimi əşyaları alırdılar.
Titanik’dən Carpathia’ya göndərilən son mesaj

“Mexanika otağı su ilə dolub,” Titanikdən göndərilən son mesaj idi. Bu mesaj göndərildiyində saat 1:45-i göstərirdi. Carpathia gəmisi Titanikə davamlı olaraq “4 saata ordayıq”, “3 saata ordayıq”, “2 saat qaldı” kimi məlumatlar verirdi, ancaq Titanik Carpathia hələ yolda ikən bu məlumatlar çox da işə yaramamışdı.

Carpathia istiqaməti Avropa olsa da kapitan Arthur Rostron tərəfindən dəyişdirilərək New York’a geri dönmüşdü. Keçmişdə kapitanlar gəmidə tam hakim sayılırdı və bütün qərarları özü verirdi.








Sadiqov от 14 mart 2016 13:44
Bu filme baxmisam nece defe ella filimdi
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ