Makiyajın gözəl olmasıyla birgə, uzunmüddətli olması da vacibdir. Bəs bunu necə etmək olar? - Suya dözümlü makiyaj vasitələrindən istifadə edin.
- Tərkibində nəmləndirici olan makiyaj vasitələrindən istifadə etsəniz dərinizin yağlılığı makiyajın pozulmasına səbəb olmayacaq.
- Tonal krem pudra ilə sabitlənməlidir;
- Makiyajdan sonra sabitləyici spreylərdən də istifadə edəbilərsiniz;
- Jel əsaslı deyil, krem əsaslı vasitələrdən istifadə edin;
- Göz makiyajında tünd rənglərdən istifadə etməyin. Daha açıq və sadə tonlar daha uzun müddət qalır, yayılsa da çox bilinmir;
- Gündəlik makiyaj zamanı, tonal kremi sadəcə dərinizin problem olan qisimlərinə tətbiq edin;
- Pudranı tətbiq etməyi unutmayın;
Bu məqamlara diqqət etsəniz və daha önəmlisi düzgün makiyaj vasitələrindən istifadə etsəniz makiyajınız daha uzunmüddət qalar.