Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şəkildə qəşəng düşmək hiylələri - ARAŞDIRMA

Şəkildə qəşəng düşmək hiylələri - ARAŞDIRMA

Şəkildə qəşəng düşmək hiylələri - ARAŞDIRMA


Doğru makiyaj texnikası ilə şəkillərdə qüsursuz görünmək mümkündür.


Toy, məzuniyyət kimi xüsusi günlərdə şəkillərdə daha gözəl görünmək üçün tətbiq edə biləcəyiniz makiyaj sirlərini bir araya gətirdik.


Etiraf edək ki, toy, nişan, ad günü, məzuniyyət kimi günlərdə şəkillərdə qüsursuz görünməyi hamımız istəyirik. Sosial şəbəkələrdə bu şəkilləri paylaşmaq və "like” almaq da artıq bir çoxlarımız üçün maraqlıdır. Şəkillərə illər sonra baxdıqda gözəl görünmək xoşumuza gəlir və bizə o gözəl anları xatırladır. Solğun bir üz, tuşu yayılmış gözlərlə və dağınıq saçlarla görünmək istəmirsinizsə, bir neçə incəliyə diqqət edə bilərsiniz.

Dərinizə matlaşdırıcı tətbiq edərək, məsamələri kiçildən kremləri sınayaraq, üz cizgilərinizi nəzərəçarpan edərək, gözlərinizin formasını önə çıxaran doğru makiyaj ilə şəkillərdə qüsursuz görünə bilərsiniz.


1. Makiyajınızın qalıcılığını artırmaq üçün makiyajaltı əsas istifadə edərək daha uzun müddət qalıcılığını qoruyan makiyaja sahib ola bilərsiniz.

2. Sarı alt tonlu pudra ilə makiyajınızı sabitləyin. Bu dərinizin daha canlı görünməsinə səbəb olacaqdır.

3. Makiyajdan öncə göz damcısı ilə gözünüzdəki qızarıqlıqları yox edə bilərsiniz. Beləcə gözləriniz daha bəyaz və daha sağlam görünə bilər.

4. Göz kölgəsi seçimində mat olanlara üstünlük verin. Şəkil çəkilərkən fotoaparatın işığı gözünüzdəki parlaq göz kölgəsini daha da ön plana çıxararaq makiyajınızı pis göstərəcəkdir.

5. Gözlərinizin daha böyük görünməsi üçün içərisinə bəyaz qələm çəkin.

6. Qara tuş və layner istifadə edin. Qara rəng daha nəzərəçarpan olduğu üçün şəkillərdə gözəl görünəcəkdir.

7. Kirpiklərinizi həcmləndirmək üçün taxma kirpiklərdən istifadə edin. Alt kirpiklərinizə də tuş tətbiq etməyi unutmayın.

8. Üz cizgilərinizi ön plana çıxarmaq üçün konturlama edin. Solğun görünməmək üçün isə ənlikdən istifadə etməyi unutmayın.

9. Dodaq boyanızın dodaqlarınızda hamar görünməsi üçün dodaqlarınıza peeling edin.

10. Mat dodaq boyalarına üstünlük verin. Mat bitişli dodaq boyalarının şəkillərdə daha gözəl göründüyünü unutmayın.

11. Dodaq qələmi istifadə edərək dodaqlarınızı çərçivələyin. Bu dodaq boyanızın qalıcılığını artırmaqla yanaşı yayılmasının da qarşısını alar.

12. Nəzərəçarpan dodaq boyası rəngləri şəkillərdə diqqət çəkir. Vişnə tonları çəkilişlərdə istifadə etmək üçün çox uyğundur.

13. Qaşlarınızı qətiyyən şəkil çəkdirəcəyiniz gün aldırmayın. Dərinizdə həssaslığa bağlı qızarıqlıq yarana bilər.

14. Qaşlarınıza qələm ilə yüngülcə forma verib boşluqları qaş teni ilə doldurun. Daha nəzərəçarpan qaşlar şəkillərdə daha gözəl görünməyinizə səbəb olacaqdır.








Prinsesa от 2 mart 2016 20:06
beyendim bunu saolun iwime yarayacaq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ