Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yağlı dərilər üçün - 4 təbii maska

Yağlı dərilər üçün - 4 təbii maska

Yağlı dərilər üçün - 4 təbii maska


Dərinizdə yaranan yağlanmanı sabit saxlamaq üz gözəllliyi üçün vacibdir. Həddən artıq yağlanma üzünüzdə sızanaq, civzə və qara nöqtələr yaradır. Evdə təbii üsullarla hazırlanan maskalarla bu problemlərin qarşısını ala bilərsiniz. Maskaları həftədə 1 dəfədən artıq istifadə etməyin.

Qeyd: Yağlı dərilər üçün istifadə olunan təbii maskalar dərinizdə allergiya yarada bilər. Maskanı üzünüzə tətbiq etməzdən əvvəl əl biləyinizə biraz sürtərək yoxlaya bilərsiniz. Əgər qızartılar yaranırsa, üzünüzə çəkməyin.

1. Ərik maskası Ərik üz dərinizin yağlanmasını sabitləməyə kömək edir. Qatıq sayəsində üzünüz nəmlənir. Qatıq və ərik eyni vaxtda istifadə olunursa, sızanaq qızartıları üçün faydalıdır. · 1 ərik · 1 xörək qaşığı yağsız qatıq · 1 çay qaşığı yaşıl gil Əriyi blenderdən keçirin, sonra qatıq ilə gili üzərinə əlavə edin. Əgər bu qarışıq çox qatı alındısa, üzərinə çox az su əlavə edin. Göz ətrafına yaxınlaşdırmamaq şərti ilə üzünüzə çəkin və 15 dəqiqə sonra üzünüzü yuyun.

2. Banan maskası Banan maskası üzünüzü nəmləndirəcək və sızanaqlara qarşı qoruyacaq. Bu, yağlı dərilər üçün effektiv maskadır. · Yarım banan · 2-3 damcı nanə yağı · 1 çay qaşığı yaşıl gil · 1 xörək qaşığı yağsız qatıq Bananı həm blenderlə, həm də qaşıq vasitəsi ilə əzə bilərsiniz. Qeyd olunan bütün komponentləri qarışdırdıqdan sonra üzünüzə çəkin. 10-15 dəqiqə üzünüzdə saxladıqdan sonra üzünüzü yuyun.

3. Çiyələk maskası Çiyələyin tərkibindəki təbii turşular, yağlı dərilər üçün təsirli maska olacaq. Qatıq da yağlı dərilər üçün təsirli vasitədir. · 4-5 ədəd çiyələk · 1 xörək qaşığı qatıq Çiyələyi blenderdən keçirdikdən sonra qatığı üzərinə əlavə edin. Qarışığı üzünüzə çəkdikdən 10-15 dəqiqə sonra üzünüzü təmizləyin.

4. Sarıkök maskası Tərkibində sarıkök olan bu maska yağlı dərilər üçün tövsiyə edilən maskalardan biridir. Mövzunun əvvəlindəki qeydi unutmayın. Sarıkök dərinizdə allergiya yarada bilər. Ona görə də biləyinizdə test etməyi unutmayın. · 1 çay qaşığı sarıkök · 1 çay qaşığı bal · 1 çay qaşığı yağsız qatıq · 3 damcı limon suyu Bütün komponentləri yaxşı qarışdırdıqdan sonra üzünüzə çəkin və 10 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Limon allergiya yaradırsa, maskaya limon əlavə etməyə bilərsiniz.










Prinsesa от 1 mart 2016 16:28
Maska evezine derman alib ataram :D
LoVe Fire от 1 mart 2016 16:36
Menimde derim yaglidi ama hec istifade ede bilmiremda maska...Kim istifade edirse buyursun))
--------------------
Sadiqov от 1 mart 2016 17:39
Esi hamsi bos seydi esas tebi gozelikdir :dirol_mini:
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ