Gözəl və sağlam dırnaqlara sahib olmaq hər bir qadının arzusudur. Amma, bu xoşbəxtlik hamıya nəsib olmur. Bəzilərimiz bu arzunu həyata keçirmək üçün müəyyən məsləhətlərə əməl etməliyik. Sizə gözəl və sağlam dırnaqlara sahib olmaq üçün bir neçə məsləhətlər vermek isdiyirem.
Dırnaqların bərkidilməsi üçün sarımsaq lakı:
1. 1-2 təzə diş sarımsaq 2. Dırnaq üçün lak şəffaf olsa daha yaxşıdır Dırnaq üçün laka xırda doğranmış sarımsağı əlavə edin 7-10 gün saxlayın. Sonra sadəcə bu lakı dırnaqlara sürtün. Belə sarımsaq lakından sonra, sizin şəxsi dırnaqlarınız süni dırnaqlardan daha möhkəm olacaq.
Bərkidilmə və dırnaqların rənginin açılması üçün limon şirəsi:
Limonu yarı kəsin və meyvənin ətinə barmaqların uclarını batırıb 10 dəqiqəsaxlayın. İstifadədən sonra falqaya hər iki yarım limonu büküb və soyuducuya qoyun. Siz bu limondan gündəlik bir həftə ərzində istifadə edə bilərsiniz. 2 həftədən sonra limon vannalarına keçin. Limon turşusu kutikul pərdəyə (dəri üstünə) və dırnağın özünə faydalıdır.
Dırnaqların bərkidilməsi üçün dəniz duzu:
250 ml ilıq suda sodanı, duzu və istənilən 1 çay qaşığı şampunu həll edin. Məhlula bir neçə damcı ətirli yağ damcılamaq da olar: rozmarin, ardıc, limon, lavanda. 15-20 dəqiqə bu məhlulda əllərinizi saxlayın, soyuma müddətində vannaya isti su əlavə edin. Hər gün etmək olar.
Kiçik həcmli qaba bir xörək qaşığı dəniz duzu və isti su tökün, 10-15 dəqiqə əlləri saxlayın, sonra qidalı krem sürtərək masaj edin.
Dırnaqların lay-lay olmasının qarşısının alınması üçün yod:
Yuxudan əvvəl dırnaq lövhələrinə fırçanın köməyi ilə adi yodu vurun. Əvvəlcə dırnaqlar saralacaq, amma artıq səhərə yod hopacaq və dırnaqlar adi rəngini qayıdacaq.
Zəiflədilmiş dırnaqlar üçün jelatin vannası:
Jelatin dırnaqları əla qidalandırır və bərkidir. Bir stəkan qaynayan suyun içinə yarım xörək qaşığı jelatinin yarısını həll edin, gözləyin qarışıq soyuyusun. Daha sonra 10-15 dəqiqə dırnaqları içində saxlayın. Vannanı həftədə 2-3 dəfə istifadə etmək olar.