Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər,
Dənizdə insan görüb "qoy ölsün,nadandı" dedilər.
(Okaber)
"Sən olsan ağılla hərəkət edərsən,yoxsa ürəklə?" sualına cavab verənlər,
"Vicdanımı sataram" dedilər.
Bundan əvvəlki cümləni anlamayanlar,
"Necə mənasız fikirdi,vicdanla nə əlaqəsi var?" dedilər.
Hər gün içib,çəkib,kef edənlərə "adam ol" dedikdə,
"5 günlük həyatdır,şənbə günü olmayacam" dedilər.
Bazar günü həmin kəslərə "bəs nə oldu ölmədin?" dedikdə,
"Qaqa,mən doğulan zaman ölmüşəm" dedilər.
"Manat batır" kəlməsini eşidən kasıblar,
"Tanış deyilik,qoy boğulsun" dedilər.
Elə ki,manat gəldi araya,
"Məhbusa azad,yanlışa doğru,zəifə güclü,hər şeyə heç nə" dedilər.
Bütün günlərini məzənnəyə həsr edənlər,
"Ata dollardı,Ana avro;Arvad manatdı,Övlad qəpik,İnsanlıq isə dövriyyədən çıxıb" dedilər.
Gecələri uşaqlar ac uyuyan ölkəyə,
"Nə qonaqpərvər insanları var!" dedilər.
Dünən sevgidən sərxoş olanlar,
Bu gün "Dozası az oldu,ayılmışam" dedilər.
Bütün sirləri,zibilləri ortaya çıxanlar,
"Necə olubsa heç xəbərimiz olmayıb" dedilər.
"Asanlıqla görmək olur ki,tərəzinin gözləri fərqlidir" deyənlərə,
"Düzgün baxmırsız,elə bil əkizdi,tam tarazdı" dedilər.
"Sən getdiyin yollara rahat qayıtmağın üçün asfalt çəkiblər" deyənlərə,
"Artıq oradan bina ucaltmışıq" dedilər.
Qaranlıqdan boğulan,soyuqdan üşüyən otaqlar,
Məcbur qalıb lampaya "Tanrı",kibritə "Mələk",günəşə "lazımsız" dedilər.
Pulla hərşey edən varlılara "yaxşılıq et" deyənlərə,
"Dəbdə deyil,yoxsa edərdim" dedilər.
"Və o arvadının qatilinə hər gün butulka ilə süd verirdi" deyən Emestə,
Dərhal "Qatil pişikdi" dedilər.
"Nə qədər silsəm də izi qalır" deyənlərə,
"Kitab sənin deyilmi,vərəqi cır at" dedilər.
"Sətiraltı mənaya diqqət et" deyənlərə,
"Vərəqi çevirdim baxdım,heç nə yoxdur" dedilər.
Müəllif: •ORXAN