Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məhəbbət üç il yaşayır kitabından sitatlar (2)

Məhəbbət üç il yaşayır kitabından sitatlar (2)

Məhəbbət üç il yaşayır kitabından sitatlar (2)

26. Qadına çiçəklənmək üçün kişi heyranlığı lazımdır. Gülə günəş lazım olan kimi vacibdir.
27. Əgər arvadın sənə rəfiqən olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.
28. Gözəl qızları ovlamaq üçün onlarla danışmağa ehtiyac yoxdur. Özünü elə aparmalısan ki, guya onlar mövcud deyil.
29. Ən yaxşı bayramlar – içimizdə baş verənlərdir.
30. Bir dəfə biz çıxıb gedən qatarlara minəcəyik. (Blonden)
31. Çünki bizim gələcəyimiz yoxdur. Bax gör saniyələr necə bir-birinin ardınca qaçır, onlar bizi bədbəxtçliyə yaxınlaşdırır... Bizim məhəbbət üçün ancaq üç ilimiz var...
32. Qadından siqaret və ətir iyi yox, süd və tər iyi gəlməlidir.
33. Əgər qadın hovuzun yanında saç düzümü korlanmasın deyə saçlarını islatmaqdan qorxursa, ondan uzaq qaçın. Əgər o qəhqəhə ilə suya atılırsa, ardınca tullanın.
34. Sizin üçün vurulmağın ən sadə testi: məşuqən olmadan 4-5 saat keçirəndən sonra darıxırsansa, deməli, bu məhəbbət deyil, əks halda sizə on dəqiqə də bəs idi ki, həyatınız dözülməz olsun.
35. Zil səsli cəsarətli maço anasının dizinin üstündəki körpə kimi şirin danışmağa başlayır. Batıq səsli məşum qadın ərini pişik balası ilə səhv salan şirəli qıza dönür. Bizim məhəbbəti intonasiyalar məhv etdi.
36. Məhəbbət – nəfəslə bağlı problemlərin mənbəyidir.
37. XX əsrdə məhəbbət – zəng çalmayan telefondur.
38. Məhəbbət – yalnız alternativ deyil: əziyyət çəkirsən , ya da əziyyət çəkməyə məcbur edirsən. Hər ikisi də ola bilər.
39. Düşünürümsə - deməli, mövcudam.
Təkəmsə - deməli, düşünürəm. Heç kim təklikdə qalmaq istəmir, çünki bu, düşünmək üçün xeyli boş vaxt deməkdir.
40. Eybəcər qadın olmur, araq az olur.
41. Saçlardan olan pərdənin arxasında gizlənən və naməlum sevinclər vəd edən xam xəyal.
42. Məhəbbət – anlaşılmaz şeydir. Onu başqalarında görəndə, heç nə başa düşmürsən, özündə olanda – lap az başa düşürsən.
43. Bizim məhəbbət çox gözəldir, çünki bu mümkünsüzdür.
44. Nikah – mükəmməllikdən uzaq olan bir institutdur.
45. Biz yer üzündə ona görə yaşayırıq ki, valideynlərimizin yaşadığı hadisələri həmin ardıcıllıqla yaşayaq - eynilə onlar da bizə qədər öz valideynlərinin etdikləri səhvləri təkrarlayıb və beləcə... sonsuzluğa qədər. Ancaq bu ən dəhşətlisi deyil. Daha pisi odur ki – özün mütəmadı olaraq eyni zibilə düşürsən.
46. İnsan nə qədər istedadlıdırsa, bir o qədər yaraşıqlıdır.
47. Bilirsən boşanmanın əsas üstünlüyü nədir? Əlini yuyursan, sabun barmağında qalmır...Nişan üzüyünə görə...
48. Əgər mən ona lazım deyiləmsə, onda mən onu sevmirəm! O MƏNƏ layiq deyil! Bununla da o gic üçün pisdir! Ancaq məndə qürür coşqusu uzunmüddətli olmur – özünü qoruma instikti kifayət qədər inikşaf etməyib.
49. Nə qədər çox aludə olmaq həvəsindəsənsə , hər şey qurtaranda bir o qədər çox məyusluq olur.
50. Bir çoxları boşandığı günün səhərisi keçmiş həyat yoldaşlarına vurulur.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ