Gözlərinizin parlaqlığı sağlamlıq olmaqla bərabər, həmdə cazibədarlıqdır. Gözləri parlayan xanım diqqətdən kənar qalmaz. Lakin müasir həyatda belə hallar nadirləşməyə başlayıb. Kompyuter, gərgin iş rejimi, yuxusuzluq parlaqlığı demək olar ki, sıfır dərəcəyə gətirib, çıxardıb.
Biz sizə ev şəraitində bu parlaqlığı necə qoruya biləcəyinizi öyrədəcəyik.
Ən sadə prosedur, gözlərə gündəlik baxımdır. Çobanyastığı olan gecə kremləri, ot cövhərli buz, çay və otlardan kompreslər, qimnastika, massaj, kollaqen maskalar ola bilər.
Kompyuterlə işləyirsiniz isə, mütləq hər 30 dəqiqədən bir fasilə edin. Bu zaman harasa uzağa baxmaq məsləhətdir. Gözləriniz üçün vanna gəbul edin:
Enli bir qab və ya tas ola bilər, götürülür, içinə soyuq su doldurulur. Üzünüzü tamamilə suya salaraq, gözlərinizi tez-tez açıb, bağlayın. Bu proseduru gündə istifadə etsəniz gözlərinizin xarici görünüşü mükəmməlləşəcək.
Dərman preparatları sağlam olmasada, tez bir zamanda gözlərinizə parlaqlıq verər. Bir gecəlik göz yorğunluğunu götürmək istəyən xanımlar (həkim məsləhəti vacibdir), müxtəlif göz damcılarından istifadə edə bilərlər. Lakin belə göz damcıları 35-dən artıq yaşı olan insanlara qadağa olunur, 5 gündən artıq istifadəsi məsləhətli deyil.
Göz damcıları hər şeyə çarə ola bilməz. Mütləq qədərində yatmaq lazımdır, düzgün qidalanmaq şərtdir. Gözəl olmaq üçün mütləq sağlam olmaq şərtdir.