Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Saçlarınızı Korlamaqda Sizə “Kömək Edən” 8 Vərdiş

Saçlarınızı Korlamaqda Sizə “Kömək Edən” 8 Vərdiş

Saçlarınızı Korlamaqda Sizə “Kömək Edən” 8 Vərdiş


Qadın gözəlliyinin ən əsas göstəricilərindən biri də məhz saçlardır. Sağlam və parlaq saçlar hər kəsin diqqətini çəkə bilər. Lakin, bir çox hallarda biz özümüz də dərk etmədən saçlarımıza ziyan vururuq. Bunu müxtəlif vərdişlərimiz sayəsində edirik. Gündəlik həyatda bir çoxumuzun etdiyi və saçlarımıza ziyan vuran həmin vərdişlərdən yaxa qurtarmaq lazımdır.


lunar.az sizə saçlarınızı korlayan vərdişləri təqdim edir:

Hər gün saç yumaq

Əlbəttə təmiz görünmək və özünü təmiz hiss etmək əladır. Lakin, bu sizin saçlarınıza ziyan vurur. Çox yağlı və ağırlaşan saçınız yoxdursa, hər gün saçınızı yumaqla ancaq onları korlaya bilərsiniz. Saçlar adətən 2-3 gündən bir yuyulmalıdırlar. Çünki, saçlarınıza hər gün su və şampunun dəyməsi, saç dərisinin saçı qorumaq üçün istehsal etdiyi təbii yağ qatının pozulmasına və saçınızın daha da ağırlaşaraq, korlanmasına səbəb olur.

Saçların qaynar su ilə yuyulması

Saçlarınızı çox isti su ilə də yumaq onlara ziyan vurur. Bu yağlanma və saç tökülməsi kimi problemlərə yol aça bilər. Qaynar su saçın dərisini qurudur və strukturunu pozur, qaşınma və qabıqlanma kimi problemlər yarada bilir.

Saç kremindən səhv istifadə etmək

Saçlarınıza qulluq prosedurlarında ən çox istifadə etdiyiniz məhsul da saç kremi olur. Balzamlardan səhv istifadə edərək saçınızın dibini yumşaldır, onların tökülməsinə yol açırsınız. Ən doğrusu az miqdarda saç kremi götürərək, saçlarınızın ancaq uclarına çəkmək və daha sonra yaxşı-yaxşı yaxalamaqdır. Beləliklə saçlarınızın ucları daha möhkəm və sağlam olacaq.

Uzun müddət eyni şampun və balzamın istifadəsi

Peşəkar saç ustalarının da dediyi kimi, eyni saç məhsullarını uzun müddət istifadə etmək olmaz. Çünki dəriniz uzun müddət istifadə etdiyiniz şampunun tərkibinə qarşı bir müddət sonra tamamilə təsirsiz qalmağa başlayır. Əgər saç məhsullarından maksimum dərəcədə fayda almaq istəyirsinizsə, özünüz üçün iki fərqli məhsul seçin və mütəmadi olaraq dəyişdirərək istifadə edin.

Saçların yaş-yaş daranması

Bir çoxumuz duşdan çıxan kimi saçlarımızı dərhal daramağa üstünlük veririk. Lakin bilmək lazımdır ki, saçlar yaş olduqda daha çox qırılmağa meylli olur. Buna görə də yaş saçları daramamaq lazımdır. Xüsusilə nazik dişli daraqlardan istifadə etməyin. İri dişli daraqlarla saçınızı ehmalca açın və tam quruduqdan sonra istədiyiniz kimi darayın.

Saçları dəsmalla sərt şəkildə qurulamaq

Daha əvvəl də qeyd etdiyimiz kimi, saçlar yaş olduqca qırılmağa çox meylli olur. Ona görə də, dəsmalla saçlarınızı quruladıqda çox ehtiyatlı olun. Biz adətən hamamdan çıxan kimi, saçlarımızı dəsmalla möhkəm qurutmağa çalışırıq və bu an saçlarımızı nə qədər qırdığımızı da dərk etmirik.

Vaxtaşırı saç kəsdirməmək

Uzun saçlar bir çox qadının arzusudur. Lakin bu saçlar sağlam görünüşdə deyilsə, onların uzun olması da gözəl görünməsinə səbəb olmayacaq. Vaxtaşırı saçlarınızı kəsdirin və bununla da saç qırılmalarının qarşısını alın. Bunu maksimum hər 3 aydan bir etməyə çalışın.

Fenin çox istifadəsi

Saçınıza edə biləcəyiniz ən böyük pisliklərdən biri də, onu mütəmadi yüksək temperatura məruz qoymaqdır. Buna görə də, hər gün saçı fenləmək kimi bir vərdişiniz varsa, buna son qoymalısınız. Çünki fendən mütəmadi istifadə saçın keratin bütünlüyünü pozur və saçlarınızın bioloji yaşını sürətlə yüksəldir. Həftədə maksimum 2 dəfə istifadə etməyə çalışın.








SENINEM от 29 aprel 2016 16:10
EMEL ETMEK LAZIMDI XEBER UCUN TESEKKURLER SUZANA
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ