Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dostluq haqqında 21 qızıl sözlər.
  • Facebook
  • Twitter
  • ► Aforizmlər və deyimlər / Diger Statuslar
  • Baxis 2 440
  • 27-04-2016, 19:03

Dostluq haqqında 21 qızıl sözlər.

Dostluq haqqında 21 qızıl sözlər.


Dostluq barədə səsləndirilən və günümüzə qədər aktuallığını qoruyan bir çox kəlamlar var ki, onlardan bir qismini təqdim edirik:

1. Üç sədaqətli dost var: qoca arvad, qoca it və nağd pul.Bencamin Franklin

2. Dost sənin xoşlamadığın adamları xoşlamayandır.Atalar sözü

3. Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm. Məndən arxada gəlmə, mən səndən qabaqda gedə bilmərəm. Mənimlə yanaşı addımla və mənim dostum ol!Albert Ceyms

4. Dost hamı çıxıb gedəndə gələn adamdır.Naməlum mənbə

5. Dost seçərkən sizdən daha yaxşı olanı seçin. Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır.Çin atalar sözü

6. Mən dostlarımı tapmadım. Mərhəmətli Allah verdi mənə onları.Ralf Valdo Emerson

7. “ Dost nədir?” sualının cavabı belədir: “ İki bədəndə yaşayan bir ruh”.Aristotel

8. Dost o adamdır ki, mən onunla tam səmimiyəm., onun yanında hündürdən danışa bilərəm.Ralf Valdo Emerson

9. Dostum üçün edəcəyim ən yaxşı əməl, sadəcə, onun dostu olmaqdır.Henri David Toreau

10. Həqiqi dostlarla birgə içilən su da şirin dadır.Çin atalar sözü

11. Bir-birinin zəif cəhətini bağışlaya bilməyən iki şəxs heç vaxt dost ola bilməz.Jan de la Bruyere

12. Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız.Müqəddəs Oqastin

13. Dostluğun dili sözlər yox, mənalardır.Henri David Toreau

14. Oğlanla qız heç vaxt dost ola bilməz. Əgər dost olmağa razılaşsanız, sevgili olacaqsınız. Ayrılanda isə heç vaxt dost ola bilməzsiniz.Lord Bayron

15. Necə ki, həqiqi sevgi nadir hallarda olur, eləcə də həqiqi dost da nadir halda olur.Jan de la Fontaine

16. Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam.Virciniya Vulf

17. Ən pis təklik heç bir həqiqi dostlun olmamasıdır.Fransis Bekon

18. Mənim ən yaxşı dostum məndəki ən yaxşı cəhətləri görəndir.Henri Ford

19. Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz bir az qaranlıq yerdə olan kimi, bizi tərk edir.Kristian Nevell Bovi

20. Kilometrlər bizi dostlardan ayıra bilərmi? Əgər biz sevdiyimiz bir kəslə bir yerdə olmaq istəyiriksə, biz artıq onun yanında deyilikmi?Riçard Bax

21. Dostlar mənə nəyi etmək bacarığım olduğunu göstərir, düşmənlər isə mənə nəyi etməli olduğumu öyrədir.Fridrix Şiller








ORXAN от 27 aprel 2016 23:39
qəşəy sözlərdi))
SENINEM от 3 may 2016 01:38
4. Dost hamı çıxıb gedəndə gələn adamdır.Naməlum mənbə


14. Oğlanla qız heç vaxt dost ola bilməz. Əgər dost olmağa razılaşsanız, sevgili olacaqsınız. Ayrılanda isə heç vaxt dost ola bilməzsiniz.Lord Bayron

17. Ən pis təklik heç bir həqiqi dostlun olmamasıdır.Fransis Bekon
--------------------
yoxduu
Princess от 6 iyun 2016 10:52
Dostluğun dili sözlər yox, mənalardır.Henri David Toreau
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ