Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Təbii görünən kirpiklər və doğru göz makiyajı ilə hər kəsi heyran et!

Təbii görünən kirpiklər və doğru göz makiyajı ilə hər kəsi heyran et!

Təbii görünən kirpiklər və doğru göz makiyajı ilə hər kəsi heyran et!


Təbii kirpiklər.


Təbii görünən kirpiklərin ilk düşməni köhnəlmiş tuşlardır. İstifadə etməyə başladıqdan bir müddət sonra tuşlarınızın qurumağa başladığını hiss edirsinizsə, bir an əvvəl onu yenisi ilə əvəzləyin. Köhnəlmiş və qurumağa başlamış tuşların ilk xüsusiyyəti çəkilən zaman kirpiklərin üzərində qırıntılar buraxması və günün irəliləyən saatlarında ovularaq göz altlarına tökülməsidir. Bu cür tuşlar kirpiklərə çox qatı bir görüntü verməsi və kirpikləri bir-birinə yapışdırması səbəbindən təbiilikdən uzaq bir görüntü yaradır. Həmçinin üst-üstə 3-4 qat tuş çəkmək də kirpiklərinizin təbii görünməsinə imkan vermir. Kirpiklər taxta kimi sərt olur və olduqca süni görünür. Əgər tuşu bir dəfədən artıq istifadə etməkdə qərarlısınızsa, daha təbii görüntü üçün maksimum 2 dəfə ilə kifayətlənməlisiniz.

Doğru göz makiyajı

Təbii görünən göz makiyajı üçün təkcə qara qələmlə kifayətlənməyinizə ehtiyac yoxdur. Düzgün seçilmiş göz kölgəsi rəngləri ilə təbii göz makiyajı etmək mümkündür. Əvvəlcə öz göz quruluşunuza yaraşan göz makiyajını müəyyən edin. Təbii görüntü yaratmaq üçün yaşıl, mavi, bənövşəyi kimi nəzərəçarpan rənglərdən daha çox qəhvəyi-krem rəng aralığından istifadə etmək daha asan olacaqdır. Göz makiyajı edərkən layner və göz qələminizi səliqəli çəkməyə və göz kölgəsini fırçalar ilə düzgün yaymağa diqqət edin. Əgər gündüz makiyajı edəcəksinizsə, təbii görüntü əldə etmək üçün ağır göz makiyajı etməkdən çəkinin.








BANDITKA от 20 aprel 2016 18:00
Tewekkurler maraqli xeber ucun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ