Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qadını cazibədar edən 7 xüsusiyyət

Qadını cazibədar edən 7 xüsusiyyət

Qadını cazibədar edən 7 xüsusiyyət


Cazibədarlıq və seksuallıq bir çox hallarda xarici görünüşlə bağlı istifadə edilən kəlmədir. Lakin xarici görünüş aysberqin sadəcə görünən tərəfindən başqa bir şey deyil. Məsələyə daha dərindən yanaşdıqda, tamamilə yeni detallar meydana çıxır.

Qadınların seksual olmaq üçün model bədəninə və ya Photoshop‘un köməyinə ehtiyac duymadıqlarını göstərən bu 8 xüsusiyyət, cazibədar olmaq üçün görünüşdən daha çox şeyə ehtiyac olduğunu aşkara çıxarır.


Özünə inam
Mükəmməl olmadan da seksual olmaq olar. Özünə inamın sehri qadının birdən-birə daha cəlbedici görünməsinə səbəb ola bilər. Güclü, başın dik olduğu bir yeriş, gözəl duruş, geniş təbəssüm və göz təması, fiziki özəlliklərdən çox daha təsirli bir təəssürat buraxa bilər.

Əzm
Əzm bir insana hədəf, daha sonra isə uğrunda mübarizə aparacaq bir məqsəd qazandırır. Əzmli insanlar öz gücləri və etibarlılıqları ilə insanları özlərinə cəlb edirlər.

Ehtiras

İstəyir bir xobbi, bir sənətə, bir insana ya da həyata qarşı olsun, ehtiras insanı yaşadan, yenilənməsinə kömək olan bir duyğudur. Bir qadını ehtirasla sevdiyi şeyi edərkən izləmək, həqiqətən çox seksual ola bilər.

Nəzakət
Müasir həyat şərtlərində qazanılması çətin görünən bir xüsusiyyət olan nəzakət insanın qəlbinin qapılarını asanlıqla aralaya bilər. Həm özünə, həm də qarşısındakı insana hörmət göstərən fərdlər ilə dərin bir bağ qurmaq, kobud bir insanla ünsiyyətə keçməyə baxanda çox daha asandır.

Dürüstlük
Özünü tanıyan və özünə güvənən bir qadın qarşısındakı insandan bir şey gizlətmədən, açıq oynamağı üstün tutur. Davranışlarını başqaları üçün dəyişməyən, özü olmağı bacaran insanlar çox təsirli ola bilərlər.

Keyfiyyət
Bir insanın keyfiyyətli olmasının üzərindəki paltarların qiymət etiketi və ya bank hesabındakı pul ilə heç bir əlaqəsi yoxdur. Keyfiyyətli olmaq özünü şərəfli olmaqda və ətrafındakı insanlara hörmət göstərməkdən keçir.

Zəka
Gözəlliyin müvəqqətiliyindən fərqli olaraq, ağıl uzun illər boyu sahibini yarı yolda buraxmayacaq bir xüsusiyyətdir. Bir insanın xarici görünüşü gözəl ola bilər, ancaq axıcı bir söhbətə girib dərin bir əlaqə qura bilmədiyiniz təqdirdə, qane olmayacaqsınız. Sizinlə fikir və düşünələri haqqında müzakirə və mübahisə aparmağı bacaran yüksək mədəniyyətli bir qadın olduqca seksualdır.

Təbii ki, bir çoxumuz xarici görünüşə də əhəmiyyət veririk. Lakin xarici görünüş tanışlığı başlayan, ilk qığılcımı yaradan xüsusiyyətdən daha uzağa gedə bilmir. Hər insanın da bizim gözəllik standartlarımızdan fərqlidir.








Suzana от 12 yanvar 2016 22:07
bunlarin hamisi 1 qadinda olmali imis )
--------------------
LoVe Fire от 12 yanvar 2016 22:36
Hmm)maraxliydi sagol canim paylawdigincun ellerina saxliq.
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ