Daha böyük, daha dolğun və gözəl şəkillənən qaşlar üzünüzün mənasını vurğulayır. Qalın qaşlar hər zaman forma vermək və görünüşü düzgün vurğulamaq üçün lazımlıdır. Budur, sizə qaşları qalınlaşdırmaq üçün təbii vasitələrlə edəcəyiniz bir neçə üsul təklif edirik:
Vazelin Qaşların ətrafına gündə iki dəfə vazelin sürtün. Bunu qaşlarınız çıxana qədər təkrarlayın. Vazelin qaş ətrafını nəmləndirir və qaşların qalınlaşmasına kömək edir.
Hind qozu yağı Qaşlarınızın böyüməsi üçün hind qozu yağı yaxşı bir köməkçidir. Qaşlarınıza və ətrafına ilıq hind qozu yağı sürtün. Bütün gecə saxlayın, səhər yuyun. Həftədə bir neçə dəfə davamlı olaraq bunu edin.
Badam yağı E vitamini ilə zəngin olduğundan badam yağı qaşlarınızı bəsləyərək gurlaşmasına kömək edir.
Zeytun yağı Evdə hər dəqiqə əlinizin altında olan zeytun yağı ən yaxşı bəsləyici kürlərdən biridir. Davamlı olaraq qaşlarınıza zeytun yağı ilə masaj edin.
Soğan suyu Qoxusu biraz kəskin olsa da ən yaxşı çarələrdən biri də soğan suyudur. Soğanın suyunu sıxın və pambıqla qaşların üstünə qoyun, 10-15 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Bunu həftədə bir-iki gün edə bilərsiniz.
Süd Bir qaba biraz süd tökün və pambığı batırıb, qaşları südlə ovun. Bu, davamlı olaraq edilsə, işə yarayacaqdır. Hər gün bunu təkrarlaya bilərsiniz.